“Ən yaxşı xalça” müsabiqəsi elan olunub

“Ən yaxşı xalça” müsabiqəsi elan olunub
17 iyul 2021
# 12:58

“Azərxalça” ASC qələbə mövzusunda hazırlanmış “Zəfər” kolleksiyası üçün “Ən yaxşı xalça” müsabiqəsi elan edib.

ASC-dən bildirilib ki, “Zəfər” kolleksiyasının bir parçası olmaq, qələbəyə həsr olunmuş əsərləri paylaşmaq və “Azərxalça” ASC-də çalışmaq istəyən bütün gənclər müsabiqəyə dəvət olunur.

“Azərxalça” ASC ölkəmizin Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbəni özünün “Zəfər” kolleksiyası ilə qeyd edəcək. Kolleksiyanın hazırlanması isə gənclərə həvalə olunacaq.

Müsabiqədə iştirak etmək istəyənlər [email protected] eleketron ünvanına portfolio (15 foto) və “Zəfər” kolleksiyasına aid eskizləri (3 foto) göndərməlidirlər.

Son qeydiyyat tarixi avqustun 8-də başa çatan müsabiqəyə 21-35 yaşarası insanlar qatıla bilər.

Müsabiqədə qeyd olunmuş yaş aralığına aid rəssamlar, dizaynerlər, xalçaçı rəssamlar və s. iştirak edə bilərlər. Seçilmiş 20 nəfər ən yaxşı müsabiqə iştirakçısının işlərini münsiflər heyəti müəyyən edəcək. Seçilmiş gənclər bir ay ərzində “Azərxalça” ASC emalatxanalarında həm yerli, həm də xarici mütəxəssislər tərəfindən təlimə cəlb olunacaqlar.

Təlimlərdə ən yaxşı nəticə göstərmiş üç gənc müsabiqənin sonunda mükafatlandırılacaq. Birinci yerin sahibi “Azərxalça” ASC-də rəsmi işə başlayacaq. Digər iki gənc müəsissə ilə daimi əməkdaşlıq edəcək.

Təlim iştirakçılarının ən bəyənilən eskizləri “Zəfər” kolleksiyasının hazırlanmasında istifadə oluncaq. /azertag.az/

# 3048 dəfə oxunub

Oxşar xəbərlər

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov”  adlı elektron məlumat bazası hazırlandı

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov” adlı elektron məlumat bazası hazırlandı

18:30 12 oktyabr 2026
Fransada oğurlanmış iki əsər tapıldı

Fransada oğurlanmış iki əsər tapıldı

18:00 12 oktyabr 2026
Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

17:30 12 oktyabr 2026
Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

17:15 12 oktyabr 2026
Gül Mery:  "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

Gül Mery: "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

16:45 12 oktyabr 2026
Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

16:30 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər