“Sizin dünyanızda üç şeyi sevdim” - Məhəmməd Peyğəmbərin qadınlar haqda dedikləri

“Sizin dünyanızda üç şeyi sevdim” - Məhəmməd Peyğəmbərin qadınlar haqda dedikləri
8 iyun 2021
# 14:02

Bu gün - 8 iyun Vikipedia və digər mənbələrdə Məhəmməd Peyğəmbərin anım günü kimi qeyd edilir. Kulis.az bu münasibətlə İslam Peyğəmbərinin qadınlar haqqında dediklərini təqdim edir.

“Cənnətlik qadınlar kimlərdir? Onlar sevən və doğan qadınlardır. Xəta etdiyi zaman əlini ərinin əlinin üzərinə qoyar və deyər: “Məndən razı olmayınca yatmayacağam” (Təbarani, Səhihdir)

***

“Qiyamət günü insanlar arasında Allahın nəzərində ən çirkin kişi və qadın öz həyat yoldaşları ilə cinsi əlaqədən həzz aldıqdan sonra onlardan biri gedib digərlərinə öz cinsi əlaqələri haqqında danışanlardır” (Səhih Müslim, Nigah kitabı)

***

“Ərləri yanında olmayan qadınların evlərinə girməyin. Şübhəsiz şeytan hər birinizin damarlarında qanın dolaşdığı kimi dolaşır. Dedilər ki: “Sənin də mi ey Allahın Rəsulu?” Buyurdu: “Bəli, mənim də. Lakin Allah mənə kömək etdi və o, müsəlman oldu” (Buxari, Müslim, Tirmizi)

***

Özümdən sonra kişilər üçün qadından daha zərərli fitnə buraxmadım. (Səhih Buxari və Müslim, Tirmizi, İbn Macə, Nəsai və başqaları)

***

Əbu Hureyrə rəvayət edir ki: “Rəsulullah (s.ə.s) kişi paltarı geyinən qadınlara, qadın paltarı geyinən kişilərə, özünü kişilərə bənzədən qadınlara və özünü qadınlara bənzədən kişilərə lənət etdi”. (Səhih Buxari, Əbu Davud, Tirmizi və başqaları)

***

“Ümmətimin son hissəsində elə qadınlar olacaq ki, onlar geyinmələrinə baxmayaraq çılpaq kimi görünəcəklər, onlar yollarını azmışlar və digərlərini də sapdıracaqlar. Lənət olsun onlara, onlar lənətlənmişlər. Onlar cənnətə girməyəcək, heç qoxusunu da hiss etməyəcəklər. Halbuki onun qoxusu filan-filan məsafədən hiss edilir”. (Səhih Buxari və Müslim)

***

“Parik taxana və taxdırana, qaş alana və aldırana, döymə (tatuirovka) edənə və etdirənə lənət olsun!”. (Səhih Buxari və Müslim, Əbu Davud və başqaları)

***

“Ey insanlar! Qadınlarınızı ətirlənməyə (bu halda çölə çıxmağa) icazə verməyin, çünki şübhəsiz İsrailoğullarının qadınları ətirlənərək məscidlərə çıxmaları səbəbilə lənətləndilər”. (Tirmizi, Əbu Davud, Nəsəi, Əhməd)

***

“Hər hansı bir qadın səbəbsiz olaraq ərindən özünü boşatmasını istərsə, Cənnət ona haram olar”. (Tirmizi, Əbu Davud, İb Macə)

***

“Qadınlar haqqında Allahdan qorxun! Çünki onlar sizin yanınızda yardımçılardır. Allahın kitabı ilə onları özünüzə halal qıldınız və onları əmanət olaraq aldınız. Onları döyməyin. Əgər döyərsəniz, incidici şəkildə döyməyin! Sizin xeyirliləriniz qadınlarınıza qarşı xeyirli olanlarınızdır. Şərliləriniz də qadınlarınıza qarşı şərli olanlardır. Mən qadınlarıma qarşı ən xeyirli olanınızam”. (İbn Macə, Tirmizi)

***

Qays qəbiləsindən biri soruşdu: “Zövcəmim mənim üzərimdə haqqı nədir? Rəsulullah (s.ə.s) dedi: Yediyindən yedirmən, geyindiyindən geyindirmən, üzünə vurmaman və ona “Çirkinsən!” deməmən, (ədəbləndirmək üçün) yatağını ayırdığın zaman yalnız evin içində ayırmandır”. (Əbu Davud, İbn Macə)

***

“Əgər bir insanın başqa bir insana səcdə etməsini əmr etsəydim, qadının ərinə səcdə etməsini əmr edərdim. Məhəmmədin canı əlində Olana and içirəm ki, qadın ərinin haqqını ödəməyincə Rəbbinin haqqını ödəyə bilməz. Əgər əri zövcəsi ilə cinsi əlaqədə olmaq istəsə, qadın dəvənin üstündə olsa belə, enib onun arzusunu yerinə yetirməli və bu işi ondan mən etməməlidir”. (Əhməd, İbn Macə, səhihdir)

***

Qadınlar övrətdən və danışıqdan ibarətdir. Onların danışığını sükutla, övrətini evlə örtün.

***

Sizin dünyanızda 3 şeyi sevdim: gözəl ətri, gözəl qadınları, gözümün işığı namazı.

***

Övladlarınız arasında oğlanla qıza fərq qoymayın. Fərq qoymaq lazım olsaydı, mən qızları seçərdim.

# 11542 dəfə oxunub

Oxşar xəbərlər

Amerikalı müğənninin ölümü ilə  bağlı detallar ortaya çıxdı

Amerikalı müğənninin ölümü ilə bağlı detallar ortaya çıxdı

18:15 26 avqust 2026
Tanınmış macar yazıçı vəfat etdi

Tanınmış macar yazıçı vəfat etdi

17:00 26 avqust 2026
Məşhur rejissor xəbərdarlıq etdi - Süni intellektlə bağlı

Məşhur rejissor xəbərdarlıq etdi - Süni intellektlə bağlı

16:30 26 avqust 2026
Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

15:30 26 avqust 2026
Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

14:50 26 avqust 2026
Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

13:50 26 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər