“Cəngi” estrada folklor ansamblının 30 illiyi qeyd olundu

“Cəngi” estrada folklor ansamblının 30 illiyi qeyd olundu
24 dekabr 2022
# 14:00

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin “Cəngi” estrada folklor ansamblının 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

Kulis.az xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev “Cəngi” ansamblının 30 il ərzində böyük inkişaf yolu keçdiyini vurğulayaraq deyib: “Ansambl həm Azərbaycanda, həm də xaricdə ölkəmizi uğurla təmsil edib. Bugünkü tədbirdə ansamblın 30 illiyi münasibətilə konsert təqdim ediləcək. Konsertdə xalq mahnıları, Azərbaycan bəstəkarlarının əsərləri və muğam üstündə caz kompozisiyaları ifa olunacaq. Əminəm ki, gecədə iştirak edən qonaqlar konsertdən zövq alacaqlar”.

Tədbirin aparıcısı, Əməkdar mədəniyyət işçisi, jurnalist Rahib Azəri vurğulayıb ki, 2002-ci ildə Xalq artisti Mircavad Cəfərovun “Cəngi” estrada folklor ansamblına rəhbər təyin edilməsi nəticəsində ansambla ikinci nəfəs gəlib: "Rafiq Babayev irsini qoruyan, onun ənənələrinə sadiq qalan Mircavad Cəfərov ansamblın nəzdində muğam üçlüyü, folk və modern üslubunda rəqs ansamblı, caz triosu (piano, bas gitara, zərb alətləri) və təbii ki, uzun illərin zəhməti nəticəsində 2013-cü ildən etibarən 15 nəfərlik musiqi qrupu yaradıb".

Çıxışlardan sonra söz musiqiyə verilib. Konsertdə ansamblın (Xalq artisti Mircavad Cəfərov – ud, Əməkdar artistlər Ruslan Hüseynov – bas-gitara, Kamran Kərimov – nağara, Mircavid Cəfərov – tar, Vasif Hüseyn – piano, Lütfiyar Əliyev – saksofon, Nicat Bayramov – zərb alətləri, Ramin Hüseynov – akkordeon, Tərlan Məmmədhüseynov – piano, solistlər – Ramil Xələfov, Gülbəniz Məmmədova, Əminə Kaykun, Mahir Zeynalov) ifasında "Çahargah" muğam kompozisiyası, "Bura Vətəndir", "Ətrin qalıb güllərdə", "Rəhm elə, ilahi", "Əziz şəhər", "Leyla", "Dağlar", "Məhəbbət çırağı", "Ya sənindir, ya mənim" və digər mahnılar səsləndirilib. Ansamblın çıxışı tamaşaçıların alqışları ilə qarşılanıb.

Qeyd edək ki, “Cəngi” estrada folklor ansamblı 1992-ci ildə musiqiçi və bəstəkar, cazmen, Xalq artisti Rafiq Babayev tərəfindən yaradılıb. Kollektiv bu illər ərzində bir çox dünya ölkələrində konsert və festivallarda iştirak edib.

# 2783 dəfə oxunub

Oxşar xəbərlər

Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

13:50 26 avqust 2026
Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

13:30 26 avqust 2026
Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

13:10 26 avqust 2026
"The Odyssey" rekordları qırmaqda davam edir

"The Odyssey" rekordları qırmaqda davam edir

12:10 26 avqust 2026
Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

11:10 26 avqust 2026
Məşhur amerikalı müğənni vəfat etdi

Məşhur amerikalı müğənni vəfat etdi

10:30 26 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər