Buker mükafatının uzun siyahısı açıqlandı

Buker mükafatının uzun siyahısı açıqlandı
30 iyul 2025
# 12:08

İngilisdilli ədəbiyyatın ən nüfuzlu mükafatlarından biri olan Buker mükafatının 2025-ci il üzrə uzun siyahısı elan edilib.

Kulis.az xəbər verir ki, siyahıya 13 əsər daxil edilib.

Münsiflər heyətinin sədri, 1993-cü ilin Buker laureatı olan irlandiyalı yazıçı Roddi Doyl bildirib ki, bu siyahı 150-dən çox kitabın yeddi ay ərzində diqqətlə araşdırılması nəticəsində tərtib olunub. Onun sözlərinə görə, seçim prosesi asan keçməyib və bəzi əsərlərlə vidalaşmaq çətin olub, lakin bütövlükdə bu təcrübə onun üçün xoş və yaddaqalan olub.

Uzun siyahıya dörd britaniyalı müəllif daxil edilib: Nataşa Braun "Universality" romanı ilə, Conatan Bakli "One Boat", Endryu Miller "The Land in Winter" və Benyamin Vud "Skyscraper" əsərləri ilə təmsil olunurlar. Bundan əlavə, macar-britaniyalı yazıçı Devid Salay "Flesh" adlı romanı ilə siyahıya düşüb.

Amerikalı yazıçılardan Ben Markovits "The Rest of Our Lives", Syuzan Çoy "Flashlight", Keti Kitamura isə "Audition" romanları ilə uzun siyahıya daxil olublar. Albaniya əsilli amerikalı yazıçı Lediya Joqa isə "Misinterpretation" adlı əsəri ilə bu nüfuzlu siyahıya düşüb.

Digər iştirakçılar arasında Trinidad yazıçısı Kler Adam “Love Forms", malayziyalı yazıçı Taş Au "The South", hindistanlı Kiran Desai isə "The Loneliness of Sonia and Sunny" adlı romanları ilə təmsil olunurlar. Kanadalı-ukraynalı yazıçı Mariya Reva isə "Endling" adlı debüt romanı ilə seçilib. Onun romanı müasir Ukraynada üç qadının və nəsli kəsilməkdə olan bir molyuskun sərgüzəştlərindən bəhs edir.

Münsiflər heyətinə Roddi Doyldan başqa nigeriyalı yazıçı Ayobami Adebayo, amerikalı aktrisa Sara Cessika Parker, britaniyalı yazıçı Kris Pauer və amerikalı yazıçı Kayli Rid daxildir. Kiran Desai, Taş Au, Endryu Miller və Devid Salay daha əvvəl də Buker mükafatına namizəd olublar. Desai 2005-ci ildə “The Inheritance of Loss" romanı ilə mükafatı qazanmışdı.

Qısa siyahı 23 sentyabrda Londondakı "Royal Festival Hall"da açıqlanacaq.

Qalib 10 noyabrda Londonun "Old Billingsgate" konsert və tədbir kompleksində keçiriləcək mərasimdə elan olunacaq.

Qalibə 50 min funt sterlinq (təxminən 67 min ABŞ dolları) məbləğində pul mükafatı təqdim olunacaq.

Buker mükafatı 1968-ci ildə təsis olunub, ilk dəfə 1969-cu ildə təqdim edilib. 2013-cü ilə qədər mükafat yalnız Britaniya Millətlər Birliyi, İrlandiya və Zimbabve vətəndaşlarına təqdim olunurdu. Hazırda isə istənilən ölkədən olan yazıçı — əgər əsəri ingilis dilində yazılıb və Birləşmiş Krallıqda nəşr olunubsa — bu mükafata namizəd ola bilər.

Qeyd edək ki, ötən il Buker mükafatına britaniyalı yazıçı Samanta Harvi “Orbital” adlı romanı ilə layiq görülmüşdü. Kitab uzun siyahıya düşdükdən sonra onun satışları 3 800 faiz artmış, tərcümə olunduğu dillərin sayı isə 8-dən 44-ə yüksəlmişdi.

# 644 dəfə oxunub

Oxşar xəbərlər

Elxan Cəfərov:  "Agentlik müqavilələrin icrasına və vəsaitlərin düzgün xərclənməsinə nəzarət edir" - Müsahibə

Elxan Cəfərov: "Agentlik müqavilələrin icrasına və vəsaitlərin düzgün xərclənməsinə nəzarət edir" - Müsahibə

18:11 30 oktyabr 2025
Ən məşhur əsərlərini həbsxanada yazan  "İspaniya ədəbiyyatının aslanı"

Ən məşhur əsərlərini həbsxanada yazan "İspaniya ədəbiyyatının aslanı"

18:00 30 oktyabr 2025
"O, böyük bir alovun qalığı kimi görünürdü" - Ərinin  xəyanətlərini bağışlayan, şeirlərini əzbərində tutan qadın

"O, böyük bir alovun qalığı kimi görünürdü" - Ərinin xəyanətlərini bağışlayan, şeirlərini əzbərində tutan qadın

17:50 30 oktyabr 2025
Tarı dilə gətirən tarzən  - Qurban Pirimov ermənini səhnədən necə uzaqlaşdırmışdı?

Tarı dilə gətirən tarzən - Qurban Pirimov ermənini səhnədən necə uzaqlaşdırmışdı?

17:45 30 oktyabr 2025
Məşhur aktyor müğənniliyə başlayır

Məşhur aktyor müğənniliyə başlayır

17:44 30 oktyabr 2025
Dirijor Rauf Abdullayev xəstəxanaya yerləşdirildi

Dirijor Rauf Abdullayev xəstəxanaya yerləşdirildi

17:40 30 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər