Budapeştdə Fəxrəddin Manafovla görüş təşkil olundu

Budapeştdə Fəxrəddin Manafovla görüş təşkil olundu
17 aprel 2026
# 14:40

Budapeştdə yerləşən Azərbaycan Evində Azərbaycanın Xalq artisti Fəxrəddin Manafovla görüş təşkil olunub.

Kulis.az xəbər verir ki, mədəniyyət və incəsənət sahəsində mühüm əhəmiyyət daşıyan tədbir sənətsevərlər və diaspor nümayəndələri tərəfindən maraqla qarşılanıb. Görüşdə Macarıstanda yaşayan həmvətənlərimizlə yanaşı, Qazaxıstan, Özbəkistan və Gürcüstan respublikalarının səfirləri də iştirak ediblər.

Tədbiri Macarıstan Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli çıxış edərək Fəxrəddin Manafov kimi görkəmli sənətkarla görüşün xüsusi əhəmiyyətini vurğulayıb. O bildirib ki, bu kimi tədbirlər milli mədəniyyətin təbliği və gənclərin incəsənətə marağının artırılması baxımından mühüm rol oynayır, sənətkarın kino və teatr sahəsindəki töhfələri isə yeni nəsillər üçün ilham mənbəyidir.

Daha sonra Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə çıxış edərək Fəxrəddin Manafovun zəngin yaradıcılıq fəaliyyətindən bəhs edib. Səfir sənətkarın Azərbaycan mədəniyyətinin inkişafı və beynəlxalq aləmdə tanıdılmasında mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, sənətkarın canlandırdığı obrazlar milli kino tarixində xüsusi yer tutur və onun yaradıcılığı peşəkarlıqla yanaşı, dərin mənəvi dəyərləri də əks etdirir.

Görüş Xalq artisti Fəxrəddin Manafovun təqdimatı ilə davam edib. Sənətkar iştirakçıların suallarını cavablandıraraq zəngin yaradıcılıq yolu, kino və teatr sahəsində qazandığı təcrübə, həmçinin mədəniyyətin cəmiyyətdəki rolu ilə bağlı fikirlərini bölüşüb. O, sənətə olan sevgi və sədaqətin uğurunun əsasını təşkil etdiyini bildirərək hər kəsə daim öz üzərində çalışmağı və milli dəyərlərə bağlı qalmağı tövsiyə edib.

Tədbir səmimi atmosferdə keçib və iştirakçılarda xoş, unudulmaz təəssüratlar yaradıb.

# 1109 dəfə oxunub

Oxşar xəbərlər

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov”  adlı elektron məlumat bazası hazırlandı

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov” adlı elektron məlumat bazası hazırlandı

18:30 12 oktyabr 2026
Fransada oğurlanmış iki əsər tapıldı

Fransada oğurlanmış iki əsər tapıldı

18:00 12 oktyabr 2026
Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

17:30 12 oktyabr 2026
Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

17:15 12 oktyabr 2026
Gül Mery:  "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

Gül Mery: "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

16:45 12 oktyabr 2026
Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

16:30 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər