"B.Pasternak, İ.Brodski: Rus şeirində iki səs, bir əks-səda..." - Seminar

"B.Pasternak, İ.Brodski: Rus şeirində iki səs, bir əks-səda..."  - Seminar
1 may 2025
# 16:45

30 aprel 2025-ci il tarixində Xəzər Universitetində Dünya ədəbiyyatı fənni çərçivəsində AYB-nin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, şair, tərcüməçi, esseist Səlim Babullaoğlu "B.Pasternak, İ.Brodski: Rus şeirində iki səs, bir əks-səda..." adlı seminar keçirib.

Kulis.az xəbər verir ki, Dillər və ədəbiyyatlar departamentinin müəllimləri filologiya üzrə fəlsəfə doktorları Ülvi Babasoy və Qardaşxan Əzizxanlının açılış nitqləri ilə başlayan seminar S.Babullaoğlunun B.Pasternak və İ.Brodski poeziyasından nümunələrin təhlilləri ilə müşayiət olunub.

Ü.Babasoy tədbirin qonağı S.Babullaoğlunun ədəbi, ictimai fəaliyyəti haqqında müəllim və tələbə heyətini məlumatlandırıb, onun yaradıcılığındakı ikimərhələli düşünmə modelini xüsusi qeyd edib.

Q.Əzizxanlı seminarın mahiyyəti və əhəmiyyətindən danışıb, S.Babullaoğlunun B.Pasternak və İ.Brodski sənətinə müraciətini bu iki Nobel mükafatçısının onun şair ruhuna yaxınlığı ilə əlaqələndirib.

S.Babullaoğlu əvvəlcə bütövlükdə XX əsr rus poeziyasından, onun ümumi mənzərəsindən söz açıb, sonra B.Pasternak və İ.Brodski yaradıcılığındakı simvolizmə diqqəti çəkib. O, Pasternakın "Hamlet" və "Qış gecəsi" şeirlərini, Brodskinin "Otaqdan çıxmayasan, səhv də buraxmayasan" və "Söyləmişəm həmişə, tale var ha, oyundur" misraları ilə başlayan poetik nümunələrini orijinalda və öz tərcüməsində səsləndirib, bu şeirlərin vizual mahiyyətinə toxunub, onların geniş təhlilini verib. Görkəmli şair, həmçinin poetik əsərlərin tərcümə texnikasından danışıb, şeirdə öz "səs və əks-səda" obrazlı deyiminə izah verib.
Dillər və ədəbiyyatlar departamentinin müəllimləri dosent Xatirə Yusifova və filologiya üzrə fəlsəfə doktoru Almaz Bədəlova oxunan tərcümələrin az qala orijinal qədər təsirli və poetik olduqlarını dilə gətiriblər.
Səlim Babullaoğlu tədbir iştirakçılarının istəyi ilə "Həmin qadına məktub" və “İndi sükut tez-tez kəsir mənim sözümü” misrası ilə başlayan şeirlərini oxuyub, tələbələrin suallarını cavablandırıb.

# 1966 dəfə oxunub

Oxşar xəbərlər

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov”  adlı elektron məlumat bazası hazırlandı

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov” adlı elektron məlumat bazası hazırlandı

18:30 12 oktyabr 2026
Fransada oğurlanmış iki əsər tapıldı

Fransada oğurlanmış iki əsər tapıldı

18:00 12 oktyabr 2026
Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

17:30 12 oktyabr 2026
Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

17:15 12 oktyabr 2026
Gül Mery:  "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

Gül Mery: "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

16:45 12 oktyabr 2026
Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

16:30 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər