"Böyük yazıçıları inkar edənlər" - Feyruz Muradov

"Böyük yazıçıları inkar edənlər" - Feyruz Muradov
17 noyabr 2023
# 13:50

Kulis.az Feyruz Muradovun "Böyük yazıçıları inkar edənlər" adlı yazısını təqdim edir.


Son zamanlarda az-çox yaradıcılığı olan, bəzi qələm sahibləri tanınmış yazıçılarımızı qəbul etməmək, inkar etmək iddiasına düşmüşlər. Düzdür indi bu prosses bir qədər səngiyib, amma istənilən zaman yenidən baş qaldıra bilər.Bu hal cəmiyyətdə narahatlıq yaradır, gərginliyə səbəb olur . Çünkü bir-iki yazıları ilə gündəmə gəlmiş bu yazarlar müasir, yenilikçi görünmək niyyəti ilə, Azərbaycanın böyük yazçıları olan M.Füzulini, C.Məmmədquluzadəni, müasirlərimizdən isə Ç.Abdullayevi , Anarı və s. inkar edir və onların heç də yaxşı bir qələm sahibi olmadıqlarını iddia edirlər.

Bu cür fikirlər cəmiyyətdə heç də xoş olmayan, neqativ mühütün yaranmasına səbəb olur. Bəziləri belə neqativ fikirlərin təsiri altına düşürlər. Amma bu təsirə düşənlər azlıq təşkil edirlər. Oxucuların əksəriyyəti bununla razılaşmır və anlayırlar ki, bu fikirlər cəfəngiyyatdır. Çünkü adları çəkilən yazıçılar oxucular tərəfindən sevilən qələm sahibləridirlər. Onlar ədəbi mühütdə və xalq arasında böyük nüfuz qazanmışlar.Dövlət tərəfindən də lazımı dəyərlərini almışlar.
Hansısa kiçik yazı-pozusu ilə gündəmə gəlmiş , şöhrətin dadını bir az görmüş bu inkarçıların , böyük yazıçıları qəbul etmək istəməməsi və adamları da bu yola çəkməyə cəhd göstəmələri yersiz qəribəlik kimi görünür.

Bu hallar nədən irəli gəlirdi ? Aydın məsələdir ki, ədəbiyyata gələn hər bir yaradıcı adamın müəyyən anbisiyaları olur. O, ədəbiyyatda hansısa bir mövqe tutmağa çalışır. Bu təbiidir.Kimlərsə istədiyi mövqeyə çatır, kimlərsə istədiyi ,can atdığı mövqeyə çata bilmirlər. Çünkü onların anbisiyaları, yaradıcılıq imkanları və istedadları ilə uyğun gəlmir.Kimlərsə bu həqiqəti anlayaraq qəbul edir və cəmiyyətdə nə özlərinə nə də başqalarına problem yaratmırlar. Digərləri isə bu həqiqəti anlamaq istəmirlər. Onlar başqa yollarla özlərini cəmiyyətə göstərməyə çalışırlar.Onlar özlərindən yüksək olanları özləri səviyyələrinə endirmək və bununla cəmiyyətə: “ Baxın biz də onlarla eyni səviyyədə dayanmışıq” mesajını çatdırmaq istəyirlər. Düşünürlər ki, tanınmış yazıçıları danmaqla , qəbul etməməklə fərqlənər, həm də bir qədər yüksələ bilərlər.Özlərini orjinal fikirli, yenilikçi kimi tanıdar və cəmiyyətdə nüfuzlarını artırarlar. Amma bu səhf bir yoldur.

Böyük yazıçıları M. Füzulini, C.Məmmədquluzadəni və s. Inkar etmək və onları qiymətdən, hörmətdən salmaqla nəyəsə nail olacağına ümüd etmək cəfəngiyyatdır. Çünkü xalq gec-tez hər məsələnin mahiyyətini biləcək və belə iddiada olanlar öz etibarlarını itirəcəklər.

Yaxşı olar ki, hər bir yaradıcı adam öz imkanlarını dəqiq qiymətləndirsin, xam xəyallara düşməsin. Bilsin ki, onun imkanları hansı mövqeyədək irəlləməyə ona imkan verir.Anbisiyalarını bir qədər cilovlasınlar.Bir də özündən daha istedadlı adamları görəndə həsəd hissinə qapılaraq onların bacarıq və istedadlarını inkar etməkdən əl çəksunlər.

Başqalarının istedadını danmaqla, onları kiçiltməyə çalışmaqla özülərinin daha böyük görünməyə nail olacaqlarına aldanmasınlar.Özlərinin kiçikliklərini bu vasitə ilə gizlətməyin mümkünlüyünə ümüd bağlamasınlar. Onların bu cəhdi müvəqəti bir effekt yarada bilər. lakin zaman keçdikcə hər şey öz yerinə dönəcək. Qazanmaqdan daha çox itirəcəklər. Belə şəxslərin mənasız , zərərli addımlarını səbəbi hər kəsə aydın olacaq və onlar hörmətldən düşəcəklər.

Ən yaxşısı odur ki, belə cəfəng iddalarla gündəmə gəlməkdənsə , hər yaradıcı adam öz üzərində çalışsın, qarşısına öz bacarığına uyğun yaradıcılıq planları qoysun.Potensialını artırsın.Bununla istıyinə nail olsun. Əgər istədiklərinə nail ola bilmirsə , demək imkanları buna yetərli deyil. Bunu qəbul etsin.Yox əgər bunu qəbul etməyə dünyagürüşü , düşüncəsi imkan vermirsə onda özündən daha istedadlı, daha yüksək uğurlara imza atan adamları –C.Abdullayevi, Anarı və s. danmağa gücünü sərf etməklə , özlərinə nifrət qazanmasınlar. Bu heç də düzgün yol deyıl. Bir də ki, bununla kimdən və nədən gizlənmək istəyirsiz? Bu mümkündürmü? Həqiqətdən qaçmaqla , gizlənməklə onu danmaqla mümkün olurmu?
Ən yaxşı yol öz imkanlarını düzgün qiymətləndirməyə nail olmaqdır.Bunu qəbul etməkdir.Onda cəmiyyətdə də belə narahatlıqlar meydana gəlməyəcək.Hər kəs də öz işi ilə sakitcə məşğul olacaqdir. Bir mühüm həqiqəti də anlamaq lazımdır ki, kim olursansa ol haradasa səndən daha istedadlı, daha bacarıqlı kimlərinsə olması ilə rastlaşacaqsan.Bundan qaçmaq, gizlənmək bunu inkar etməyə çalışmaq mənasızdır.

# 2323 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
İlon Mask tarixə düşdü

İlon Mask tarixə düşdü

12:00 12 dekabr 2024
Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

11:15 12 dekabr 2024
Xalq artisti:  "İnsan mənəvi, əxlaqi dünyasını sənətə qurban verə bilməz"

Xalq artisti: "İnsan mənəvi, əxlaqi dünyasını sənətə qurban verə bilməz"

10:21 12 dekabr 2024
"Təcili yardım"ın aktyoru vəfat etdi

"Təcili yardım"ın aktyoru vəfat etdi

09:50 12 dekabr 2024
# # #