Bir yumruğa döndük o gecə biz də... - Günün şeiri

Bəxtiyar Vahabzadə, şair

Bəxtiyar Vahabzadə, şair

20 yanvar 2023
# 11:00

Kulis.az Bəxtiyar Vahabzadənin "Şəhidlər" şeirini təqdim edir.

Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən torpağına çəkdi şəhidlər…

Zalım öyünməsin zülümləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə,
Ölümü kamına çəkdi şəhidlər…

O şənbə gecəsi, o qətl günü,-
Mümkünə döndərdik çox namümkünü,
Xalqın qəlbindəki qorxu mülkünü,
O gecə dağıdıb sökdü şəhidlər…

Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə bizdə.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi şəhidlər…

Onlar susdurulan haqqı dindirər,
Qaraca torpağı qiymətləndirər.
Donan vicdanları qeyrətləndirər,
Axı, el qeyrəti çəkdi şəhidlər…

Bilirik, bu bəla nə ilkdi, nə son,
Ölürkən uğrunda bu ana yurdun.
Quzu cildindəki o qoca qurdun,
Doğru, düz cildini çəkdi şəhidlər…

Dözdü hər zillətə, dözdü hər şeyə,
“Dünyada mənimdə haqqım var” ,- deyə
Kütləni xalq edən müqaviləyə,
Qanıyla qolunu çəkdi şəhidlər…

İnsan insan olur öz hünəriylə.
Millət, millət olur xeyri, şəriylə,
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi şəhidlər.

# 3719 dəfə oxunub

Oxşar xəbərlər

Ciyərdə nəfəsdir, damarda qandır - Günün şeiri

Ciyərdə nəfəsdir, damarda qandır - Günün şeiri

18:40 8 noyabr 2023
Əlimi buraxma, ata... - Tural Cəfərlinin şeiri

Əlimi buraxma, ata... - Tural Cəfərlinin şeiri

11:40 9 fevral 2023
O qədər qışqırdıq, göyərdi səsimiz… - Günün şeiri

O qədər qışqırdıq, göyərdi səsimiz… - Günün şeiri

13:20 30 yanvar 2023
Qadınların sinələrində çürüyür azadlıq... - Ümid Nəccarinin yeni şeirləri

Qadınların sinələrində çürüyür azadlıq... - Ümid Nəccarinin yeni şeirləri

17:00 13 yanvar 2023
Ülgüc dəyməyən üzünü, torpağa qoyan oğullar... – Günün şeiri

Ülgüc dəyməyən üzünü, torpağa qoyan oğullar... – Günün şeiri

17:40 15 sentyabr 2022
Bura Füzuli deyil, Kərbəladır... – Emin Pirinin yeni şeirləri

Bura Füzuli deyil, Kərbəladır... – Emin Pirinin yeni şeirləri

16:00 14 may 2022
# # #