Bəstəkar Elmir Mirzəyevin kitabı Almaniyada nəşr edildi

Bəstəkar Elmir Mirzəyevin kitabı Almaniyada nəşr edildi
18 sentyabr 2025
# 11:02

Bəstəkar, musiqişünas Elmir Mirzəyevin almanca yazdığı "Müasirlik və Arxaika arasında:Azərbaycan musiqisi XX əsrdə transregional təsir çevrəsində" (Zwischen Moderne und Archaik, Transregionale Spannungen in der Musikkultur Aserbaidschans im 20. Jahrhundert”) adlı kitab nəşr edilib.

Kulis xəbər verir ki, kitab Almaniyanın Bilefeld şəhərindəki məşhur "transkript Verlag" nəşriyyatında çapdan çıxıb.

Monoqrafiyada XIX-XX əsrlər ərzində Azərbaycan musiqi mədəniyyətinin formalaşmasında rol oynayan və coğrafi determinizmin nəticəsində yaranmış transregional amillər, müxtəlif geokültür təsirlərdən qaynaqlanan "modern" və "arxaik" vektorlar arasındakı mürəkkəb münasibətlərin ümumi təhlili təqdim olunur.

Kitab Azərbaycanın musiqi tarixində bir tərəfdən SSRİ-yə mədəni yaxınlıq, digər tərəfdən isə Qacar dövləti (İran) ilə dini və ənənəvi ortaq cəhətlər, Osmanlı imperiyası ilə isə dil əlaqələri vasitəsilə formalaşan qarşılıqlı təsirlərdən bəhs edir.

# 1564 dəfə oxunub

Oxşar xəbərlər

Nəşriyyatlar süni intellekt təhlükəsi ilə üz-üzə - Yazıçılar əsərlərinin müəllifliyini sübut etməli olacaqlar?

Nəşriyyatlar süni intellekt təhlükəsi ilə üz-üzə - Yazıçılar əsərlərinin müəllifliyini sübut etməli olacaqlar?

18:40 2 noyabr 2026
Məşhur rejissor xəstəxanaya yerləşdirildi - Səbəb

Məşhur rejissor xəstəxanaya yerləşdirildi - Səbəb

18:20 2 noyabr 2026
Görkəmli aktyor blüz janrında albom yayımladı

Görkəmli aktyor blüz janrında albom yayımladı

18:00 2 noyabr 2026
“Dəmir Yolları – zamanın obyektivində”  mövzusunda fotomüsabiqə

“Dəmir Yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə

17:42 2 noyabr 2026
Tarixi karvansara mərkəz kimi fəaliyyətə başladı

Tarixi karvansara mərkəz kimi fəaliyyətə başladı

17:30 2 noyabr 2026
Əfsanəvi sehrbazın xatirəsinə tədbirlər təşkil olunur - Vəfatının 100-cü ildönümü münasibətilə

Əfsanəvi sehrbazın xatirəsinə tədbirlər təşkil olunur - Vəfatının 100-cü ildönümü münasibətilə

17:00 2 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər