Belə adamlara ziyalı kimi baxanlar da bambılıdır

Belə adamlara ziyalı kimi baxanlar da bambılıdır
28 mart 2026
# 12:25

Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.

Dəqiqəbaşı Şərqlə Qərbi müqayisə edən adamlara bambılı kimi baxıram. Bəli, məhz bambılı. Var da elə insanlar, hər fürsətdə "Şərq insanı - Qərb insanı" müqayisəsi aparırlar, camaat da belə adamlara ziyalı kimi baxır.

Başa düşmək lazımdır ki, Şərqlə Qərbin müqayisəsi heç vaxt adekvat ola bilməz.

Şərqdə uşaqlar aclıq içində böyüyür, valideynlərini, doğmalarını müharibədə itirir, yaşadığı şəhər bombalanır, terror aktları gerçəkləşdirilir, imperialist ölkələr bu torpaqlarda öz maraqları üçün hər şeyi edir, amma Stokholmda, Londonda, Osloda ya digər Qərb şəhərlərində yaşayan uşaqların, insanların belə dərdləri yoxdur.

Sizcə, bu cür biri-birinə tamamilə əks mühitdə böyüyən, yaşayan insanların, cəmiyyətlərin müqayisəsi nə qədər ədalətli və doğru ola bilər?

Bu boyda gözardı edilə bilməyəcək həqiqətləri necə eyni tərəzidə ölçmək olar axı?

Keçən dəfə qarşıma bir video çıxmışdı. Avropalı uşaqlardan nə arzuladıqlarını soruşurlar. Uşaqların cavabı bunlar idi: milyon dollar, çoxlu pul, Lamborcini, Porşe, villa...

Eyni sualı Şərq ölkələrindəki, həmçinin Afrikadakı uşaqlara verirlər. Cavablar belə idi: kaş anam sağ olardı, kaş atamın harda olduğunu bilərdim, kaş qardaşım müharibədə ölməzdi, qənd yemək istəyirəm, oyuncaq istəyirəm.

Sən Şərq insanına müharibədən və səfalətdən uzaq həyat təqdim et, ondan sonra Qərb insanı ilə müqayisə edərsən. Səhrada bitən güllə qara torpaqda bitən gülün xüsusiyyətləri heç vaxt eyni ola bilməz.

Ol səbəbdən hər fürsətdə "Qərb insanı və Şərq insanı" paralelləri aparan adamlara bambılı kimi baxıram.

Qərb filosofları və sosioloqları belə müqayisələr edə bilər, çünki onlar Şərq insanını ikinci sort insan kimi təqdim etməyə fürsət axtarırlar, amma bunu Şərq insanı edəndə bambılıqdan başqa heç nəyə oxşamır.

Belə adamlara ziyalı kimi baxmağı da yığışdırın.

Bir adam ki, tamamilə fərqli reallıqları eyni tərəziyə qoyub ölçmək istəyir, onun ağlına şübhə etmək lazımdır.

Bu cür adamlara ziyalı deyib, ağzını ayırıb qulaq asanlar da bambılıdır.

# 2861 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

18:00 21 oktyabr 2026
“Azıx-Tağlar Arxeoloji Parkı”  Dövlət Qoruğu yaradıldı

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

17:31 21 oktyabr 2026
Məşhur Hollivud aktyoru vəfat etdi

Məşhur Hollivud aktyoru vəfat etdi

17:30 21 oktyabr 2026
Xalq artisti Ramiz Mustafayevin  100 illik yubileyi qeyd olundu

Xalq artisti Ramiz Mustafayevin 100 illik yubileyi qeyd olundu

16:47 21 oktyabr 2026
Fotoqrafiya və Kino Həvəskarları Dərnəyi  quruluş ildönümünü qeyd edir

Fotoqrafiya və Kino Həvəskarları Dərnəyi quruluş ildönümünü qeyd edir

16:30 21 oktyabr 2026
Tessa Hedlinin yeni kitabı nədən bəhs edir?

Tessa Hedlinin yeni kitabı nədən bəhs edir?

15:30 21 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər