Azərbaycanlı rejissorun filminin dünya premyerası oldu

Azərbaycanlı rejissorun filminin  dünya premyerası oldu
27 oktyabr 2025
# 17:54

Oktyabrın 27-də rejissor Mətləb Muxtarovun "Yaddaş sarayları" qısametrajlı sənədli filminin dünya premyerası baş tutub.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bu barədə rejissor özü məlumat verib.

O bildirib ki, premyera Çexiyanın Jihlava şəhərində keçirilən nüfuzlu Jihlava Beynəlxalq Sənədli Film Festivalında keçirilib.

Onun sözlərinə görə, "Yaddaş sarayları" tamaşaçılar və tənqidçilər tərəfindən maraqla qarşılanıb.

Mətləb Muxtarov nümayişdən sonra filmin çəkilmə prosesi haqqında ətraflı məlumat verdiyini, eləcə də tamaşaçıların suallarını cavablandırdığını diqqətə çatdırıb.

“Rental Azərbaycan” şirkətinin ərsəyə gətirdiyi sənədli filmin prodüseri Emil Nəcəflidir.

“Yaddaş sarayları” 2024-cü ildə Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) həyata keçirdiyi postprodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsinin qaliblərindəndir.

Filmdə rejissor doğulub-böyüdüyü Sumqayıt şəhərinin küçələrində "ilk xatirə”sinin axtarışına çıxır. Gəzintilər onu həmən xatirənin yarandığı yerə gətirir. Bu “ilk xatirə” körpəlikdə itirdiyi atası və vəfat etmiş nənəsi ilə bağlıdır. Yekunda fərdi xatirə axtarışları müəllifi SSRİ dağılandan sonra 90-cı illərin əvvəlində azərbaycanlıların yaşadıqları travmalara aparıb çıxarır.

Mətləb Muxtarovun bundan əvvəl çəkdiyi “12/35” adlı sənədli filmi də bir sıra beynəlxalq festivallarda nümayiş edilib.

Qeyd edək ki, 1997-ci ildə Çexiyanın Jihlava şəhərində təşkil olunan Festival sənədli film sahəsində dünyanın ən nüfuzlu festivallarından sayılır.

# 1668 dəfə oxunub

Oxşar xəbərlər

Rəşad Məcidə ağır itki üz verdi

Rəşad Məcidə ağır itki üz verdi

10:33 15 noyabr 2026
Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər