Heyif deyildi Sovetin vaxtı?!

Heyif deyildi Sovetin vaxtı?!
9 oktyabr 2024
# 15:20

Kulis.az Ülvi Bahadırın yeni yazısını təqdim edir.

Çox qəribə ölkədə yaşayırıq.

Yaxşı-pis, hər şey əl altından görülür.

Ölkədə nələrsə olur, amma ya bitəndən sonra xəbərimiz olur, ya da heç olmur.

Götürək elə kitab sərgisini.

Sərginin reklamı çox zəif idi. Yox kimi... Elə bil istəmirdilər çox adam olsun. Türkiyəlilər demiş, biz-bizə takılalım.

Arada bir-iki xəbər getdi, vəssalam.

Ölkənin ən böyük kitab sərgisi keçirilir, amma səs-səmir yoxdur.

Hə, arada uzaqdan, laaap uzaqdaan bir ün gəlib çatdı, elə təzəcənə ünün mənbəyinə çatmışdıq ki, səbəbkarın nəfəsi kəsildi.

Eyni zamanda Bakı Beynəlxalq Film Festivalı keçirildi. Və yenə eyni mənzərə...

Kino sahəsində işləyənlər tez-tez deyirlər ki, bəs, Azərbaycanda hər il xeyli yaxşı film çəkilir.

Xalq isə deyir ki, Azərbaycanda indi film çəkilmir. Heyf deyildi Sovetin vaxtı?!

Ümumiyyətlə, “heyf deyildi Sovetin vaxtı” deyənlər çox zaman lağ hədəfinə çevrilir.

Lağ elədiyini düşünənlərin isə heç bir əsaslandırması yoxdur.

İnsanlar elə-belə işlətmirlər bu cümləni.

Bu “həsrət” boşuna deyil.

Nə vaxtsa Sovetin təsiri altında olan, indi isə sivil, mədəni şəkildə yaşayan xalqların heç biri “heyf deyildi sovetin vaxtı” demir. Çünki onlar indi ən yüksək səviyyədə yaşayırlar. Müqayisə aparıb görürlər ki, indi əvvəlkindən yaxşı yaşayırlar. İndi daha yaxşı romanlar yazılır, daha yaxşı filmlər çəkilir, ona görə də nostalgiya ilə yaşamırlar.

Bizdə belə deyil axı.

Lağ eləyəndə də gərək bir əsasın olsun.

İndi gələk filmlərə...

Bəli, doğrudan da, bu gün Azərbaycan keyfiyyətli filmlər çəkilir. Mən də neçəsinə baxmışam. Bəyəndiyim də olub, bəyənmədiyim də.

Bəs problem nədir?

Problem ondadır ki, Azərbaycanda keyfiyyətli filmlərin 99%-i festival filmləridir.

Necəsə mətbuata açıq göstəriləndə baxmaq olur.

Göndərilir festivala, vəssalam. Bir də ee, neçə il sonra baxa bildin, ya yox.

Çoxu ekran üzü görmədən arxivə gedir.

Yaxşı, mən əgər bu filmlərə baxa bilmirəmsə, necə deyim ki, Azərbaycanda keyfiyyətli filmlər çəkilir?

Sırf hansısa festivalda yer tutub deyə, baxmadığım filmi tərifləməliyəm?

Siz xalqdan bunu gözləyirsiniz?

İnsanlar baxdığı filmləri yadda saxlayırlar, əgər yaxşıdırsa, yaxşı da deyə bilirlər. Məsələn, “İkinci pərdə”, “Axınla aşağı”, “Yarımçıq xatirələr” və s. İnsanlar bu filmlərə baxıblar və xoş sözlər yazıblar, yüksək dəyərləndiriblər. Demək ki, olur da.

Xalqın sovet həsrəti çəkməməyi üçün keyfiyyətli kommersiya filmləri çəkmək lazımdır.

Kütləvi filmlərin sayı artmalıdır ki, insanlar da ona baxıb sovet həsrətlərini ovuda bilsinlər.

Ola bilər ki, siz bu sahədəsiniz, istədiyiniz vaxt necəsə o festival filmlərinə baxırsınız və sizdə elə təəssürat formalaşır ki, Azərbaycanda yüksək səviyyəli kinolar çəkilir. Ancaq insanlar bunu görmür axı. Görmələri üçün şərait də yaradılmır.

Sovet filmlərinin müasir əvəzləyiciləri çəkilməlidir. Keyfiyyətli komediyalar, dramlar, detektivlər və s.

Bilirəm, büdcə lazımdır, ancaq olmamasının günahkarı bilavasitə xalq deyil.

Yenə də qayıdıram festivala. Bu sahədə olmayan adamların heç xəbəri də olmaz ki, belə bir festival var.

Belə işlərlə xaricdə müəyyən uğur qazanmaq olar, ancaq ölkədə kino sahəsini kütləviləşdirmək olmaz.

Elə təşkil eləmək lazımdır ki, hər təbəqəyə xitab eləsin. Hamının diqqətini cəlb eləsin.

Məqsəd ilin axırında quş qoymaqdırsa, o artıq başqa söhbətdir.

Ümidvaram ki, dostların məqsədi həm dünya kinosunu tamaşaçılara tanıtmaq, həm də yerli filmlərə maraq yaratmaqdır.

Yoxsa ki...

# 3651 dəfə oxunub

Oxşar xəbərlər

Respublika Uşaq Kitabxanasında “Kiçik əllərin yaşıl dünyası” adlı sərgi açıldı

Respublika Uşaq Kitabxanasında “Kiçik əllərin yaşıl dünyası” adlı sərgi açıldı

17:45 5 noyabr 2024
Zümrüd Qasımova:  "Anamın etmədiyini sən mənə etdin"

Zümrüd Qasımova: "Anamın etmədiyini sən mənə etdin"

17:03 5 noyabr 2024
Mədəni qadını da özündən çıxartdılar: Ora söyüş yazmaq lazımdır...

Mədəni qadını da özündən çıxartdılar: Ora söyüş yazmaq lazımdır...

16:35 5 noyabr 2024
Zəfər Gününə həsr olunan elektron məlumat bazası təqdim edildi

Zəfər Gününə həsr olunan elektron məlumat bazası təqdim edildi

16:35 5 noyabr 2024
Adımıza, sanımıza layiq əsərdir - Guya siz abırlı-həyalısınız?

Adımıza, sanımıza layiq əsərdir - Guya siz abırlı-həyalısınız?

16:20 5 noyabr 2024
İlham Əliyevə “Çingiz Aytmatov”  ordeni təqdim edildi

İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edildi

15:18 5 noyabr 2024
#
#
# # #