“Azərbaycan maarifçilik ənənələri gənc müəllimlərin missiyası kimi” mövzusunda gənc müəllimlərlə görüş keçirilib

“Azərbaycan maarifçilik ənənələri gənc müəllimlərin missiyası kimi”  mövzusunda gənc müəllimlərlə görüş keçirilib
2 fevral 2024
# 17:30

Respublika Uşaq Kitabxanasında “Azərbaycan maarifçilik ənənələri gənc müəllimlərin missiyası kimi” mövzusunda gənc müəllimlərlə görüş keçirilib

Kulis.az xəbər verir ki, 1 fevral tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında təşkil olunan “Azərbaycan maarifçilik ənənələri gənc müəllimlərin missiyası kimi” mövzusunda keçirilən təkrar görüşdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva, ADPU-nun prorektoru Könül Pirverdiyeva, BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu, “Bir müəllimin Manifesti”- Quba rayonu İkinci Nügədi kənd 3 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Yasəmən Sofiyeva, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) sabiq sədri, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rüfət Əsədzadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq struktur bölmə rəhbərləri və gənc müəllimlər iştirak ediblər.
İştirakçılar əvvəlcə F.B.Köçərli adına Respublika Uşaq Kitabxanası ilə tanış olmaqla, böyük mütəffəkirin pedaqoji fikir tarixindəki yeri, maarifçilik fəlsəfəsinə həsr olunmuş videoçarxı izləyiblər. Görüş iştirakçılarını salamlayan F.B.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Əməkdar Mədəniyyət İşçisi Ş.Qəmbərova gənc müəllimlərlə görüşün böyük pedaqoq və maarifçinin adını daşıyan kitabxanada keçirilməsinin rəmzi məna daşıdığını bildirib, F.B.Köçərlinin gənc nəslin təlim-tərbiyəsi və inkişafındakı xidmətləri barədə məlumat verib.
Sonda Uşaq İnkişaf Mərkəzinin dərnək üzvünün ifası təqdim olunub.

# 2229 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış sosial media fenomeni həbs olundu

Tanınmış sosial media fenomeni həbs olundu

18:46 27 noyabr 2026
“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək

“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək

18:23 27 noyabr 2026
“Aclıq oyunları”nın yeni filmi 225 milyon dollar gəlir əldə etdi

“Aclıq oyunları”nın yeni filmi 225 milyon dollar gəlir əldə etdi

17:58 27 noyabr 2026
Kino tarixinin yaddaqalan səhnələrini göstərən sərgi açıldı

Kino tarixinin yaddaqalan səhnələrini göstərən sərgi açıldı

17:19 27 noyabr 2026
Məşhur türkiyəli jurnalistlər saxlanıldı - Səbəb

Məşhur türkiyəli jurnalistlər saxlanıldı - Səbəb

16:37 27 noyabr 2026
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkənlərin məhkəməsi başladı

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkənlərin məhkəməsi başladı

15:52 27 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər