Aytaca yüklənmiş konturun davası – Səhər Əhməd yazır

Səhər Əhməd, şair

Səhər Əhməd, şair

2 mart 2022
# 11:30

Kulis.az Səhər Əhmədin “Xoşbəxtliyin ortaqları” yazısını təqdim edir.

Bayırda son ilin, bəlkə də, ən gözəl qarı yağırdı. Sakit, lopa-lopa. Sanki hardasa dünyanın ən gözəl musiqisi çalınırdı. Mətbəxin pəncərəsindən görünən mənzərəyə çaydanın zümzüməsi dəm tuturdu.

Qonşu ər-arvad yenə dava etməyə başlamışdı. Dava yenə yavaş-yavaş, şair demiş, vüsət almış, qəfildən kükrəyib qonşuluq sərhədlərini aşmışdı. Yenə həmişəki kimi bütün sözlər açıq-aydın eşidilirdi. Söhbət hansısa üç manatdan gedirdi - hansısa Çinarəyə kontur şəklində yüklənmiş üç manatdan.

Arvad ittiham edir, ər and içirdi, daha doğrusu, yalançını söyürdü: "məfailün, məfailün, failün...".

Sonra rollar dəyişir, indi də kişi hansısa Aytaca kontur şəklində yüklənmiş beş manata görə ittiham edir, qadın and içirdi, daha doğrusu, yalançıya qarğış yağdırırdı: "failatün, failatün, failün...

...Bayırda qəşəng qar yağırdı, çaydan çox sentimentalcasına dızıldayırdı, ər-arvad mətbəxdə qarşı-qarşıya oturub gözəl bir çay içmək şansını qaçırırdı. Anlamaq istəmirdilər ki, təkcə bir-birinin puluna deyil, həm də xoşbəxtliyinə ortaqdılar.

Qadın adamın əsəblərinə işləyən səsiylə bütün keçmişin arxivini açıb tökmüşdü. Bu dəfə əruzun həzəc bəhrində:

- Yadındadı? - ("Deyildim mən sənə mail, sən etdin əqlimi zail").

Kişi kobud səslə sərbəst vəzndə cavab verirdi:

- Yalana bax, sevgilim, tellərindən incəmi?

Çaydan heca vəznində dızıldayırdı: "Sənsiz belə havaların ləzzəti yoxdu, dostum".

Bir sözlə, Adəmlə Həvvanın alma üstündəki dueti davam edirdi. Təbiət isə min illərdir olduğu kimi, inadla susurdu.

Qonşu ər-arvad elə dalaşırdı ki, elə bil bir daha barışmayacaqdı.

Amma bir azdan barışacaqdılar. Hadisələr yüksələn xətt üzrə inkişaf edib, kulminasiya nöqtəsinə çatanda kişi qapını çırpıb gedəcəkdi. Qadın da guya fikrini dağıtmaq üçün mahnı oxumağa başlayacaq, sonra səsi kəsiləcəkdi. Axşam kişi qayıdacaq, heç nə olmamış kimi şirin söhbətə başlayacaqdılar. Hər yanı qəhqəhələri götürəcəkdi.

Amma son on ilin ən gözəl qarı kəsəcəkdi, çox güman.

/edebiyyatqazeti.az/

# 3863 dəfə oxunub

Oxşar xəbərlər

Səməd Vurğunun 120 illiyinə elektron məlumat bazası hazırlandı

Səməd Vurğunun 120 illiyinə elektron məlumat bazası hazırlandı

13:43 9 iyul 2026
"Yaltaqlıq bu gün ən sərfəli valyutadır" - Qorxmaz Quliyev

"Yaltaqlıq bu gün ən sərfəli valyutadır" - Qorxmaz Quliyev

12:20 9 iyul 2026
Məşhur rok qrupu fəaliyyətini dayandırır?

Məşhur rok qrupu fəaliyyətini dayandırır?

11:46 9 iyul 2026
Səməd Vurğunun pianoçu nəticəsi:  "Stalin haqqında ən gözəl şeiri Mikayıl Müşfiq yazıb" - Müsahibə

Səməd Vurğunun pianoçu nəticəsi: "Stalin haqqında ən gözəl şeiri Mikayıl Müşfiq yazıb" - Müsahibə

11:09 9 iyul 2026
Tolstoyun ölməz əsəri əsasında serial çəkiləcək

Tolstoyun ölməz əsəri əsasında serial çəkiləcək

11:04 9 iyul 2026
Xəstəxanaya yerləşdirilən Murakamidən səhhəti ilə bağlı açıqlama

Xəstəxanaya yerləşdirilən Murakamidən səhhəti ilə bağlı açıqlama

10:40 9 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər