“ANIMAFILM School”dan kinematoqrafçılar üçün təklif

“ANIMAFILM School”dan kinematoqrafçılar üçün təklif
5 may 2023
# 15:50

“ANIMAFILM School” sentyabrın 6-10-da Bakıda kinematoqrafçılar və animasiya müəllifləri üçün “Animasiya filmləri vasitəsilə qadın haqları” adlı vörkşop və maliyyə proqramı təşkil edəcək.

Kulis.az xəbər verir ki, layihəni İsveçrənin Azərbaycandakı İnkişaf və Əməkdaşlıq Agentliyi maliyyələşdirir.

Peşəkar treninqi üç animasiya mütəxəssisi aparacaq: İsveçrəli rejissor Isabelle Favez, fransalı prodüser Olivier Catherin və azərbaycanlı rejissor Nəzrin Ağamalıyeva.

Mütəxəssislər iştirakçılara qısametrajlı animasiya filmləri layihələrini necə işləyib hazırlamağı, təqdim etməyi (pitching) və istehsal etməyi öyrədəcəklər.

Vörkşop Bakıda – Azərbaycan Kinematoqrafçılar İttifaqının "Kino məktəbi"ində keçiriləcək. Layihə iştirakçıları, həmçinin, "Gender Hub Azerbaijan"ın təşkil edəcəyi qadın haqları və inklüzivliyə yönəlmiş müvafiq təlimlərdən keçəcəklər.

Vörkşopun nəticəsi olaraq müəlliflər öz layihələrini 6-cı “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalında ictimaiyyətə təqdim (pitç) edəcəklər.

Ən yaxşı layihələr festivalın bağlanış mərasimində pul mükafatı ilə təltif olunacaq. Mükafat fondu festivalın bilet satışından əldə etdiyi gəlirdən formalaşacaq.

Vörkşop və maliyyələşdirmə proqramı gənc kinematoqrafçılara (həm qadınlara, həm də kişilərə) öz karyeralarına başlamaq üçün unikal imkan yaradacaq və onlara öz animasiya filmlərini işləyib hazırlamağa və maliyyələşdirməyə kömək edəcək.

Animasiya vasitəsilə qadın haqları barədə məlumatlandırma və maarifləndirmə ilə layihə həm də Azərbaycanda qadın haqlarının inkişafına töhfə vermək məqsədi daşıyır.

“Animasiya filmləri vasitəsilə qadın haqları” layihəsinin tərəfdaşları Azərbaycan Animasiya Assosiasiyası, "PERİ FİLM" şirkəti, İsveçrənin Azərbaycandakı İnkişaf və Əməkdaşlıq Agentliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı və "Gender Hub Azerbaijan"dır.

Vörkşopda iştirak üçün fiziki şəxslər və ya studiyalar layihələrlə müraciət edə bilərlər. Layihələr “google anket” forması vasitəsilə iyulun 1-dək təqdim edilməlidir. Bütün sənədlər ingilis dilində təqdim olunmalıdır. Yalnız qısametrajlı filmlər üçün layihələr qəbul olunur. Layihələrin mövzuları qadın haqları ilə bağlı olmalıdır. Vörkşop ingilis dilində keçiriləcək. Vörkşop üçün 6 nəfərədək iştirakçı seçiləcək. Hər müəllif və studiya yalnız bir layihə təqdim edə bilər. Seçilmiş layihələr iyulun 15-də Azərbaycan Animasiya Assosiasiyasının saytında elan olunacaq.

# 1971 dəfə oxunub

Oxşar xəbərlər

Xəyalən gitara çalmaq üzrə dünya çempionu müəyyənləşdi

Xəyalən gitara çalmaq üzrə dünya çempionu müəyyənləşdi

17:30 31 avqust 2026
“Hörümçək adam” "Titanik"i geridə qoydu - Tarixi uğur

“Hörümçək adam” "Titanik"i geridə qoydu - Tarixi uğur

15:30 31 avqust 2026
Ata-anası ona cehiz seçirdi, o isə taksiyə əyləşib... – Zorla evləndirilən 17 yaşlı qız necə xilas edildi?

Ata-anası ona cehiz seçirdi, o isə taksiyə əyləşib... – Zorla evləndirilən 17 yaşlı qız necə xilas edildi?

15:00 31 avqust 2026
"Avroviziya Asiya 2026"nın ilk iştirakçıları

"Avroviziya Asiya 2026"nın ilk iştirakçıları

14:00 31 avqust 2026
Azərbaycanın milli-mədəni irsi Norveç festivallarında

Azərbaycanın milli-mədəni irsi Norveç festivallarında

13:40 31 avqust 2026
Troya sərgisi rekord qırdı – Türkiyə və İtaliya əməkdaşlığı

Troya sərgisi rekord qırdı – Türkiyə və İtaliya əməkdaşlığı

13:05 31 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər