Anarın AYB-də at oynadan müşaviri

Anarın AYB-də at oynadan müşaviri
25 oktyabr 2021
# 11:01

Kulis.az şair-esseist, Azərbaycan Yazıçılar Birliyinin üzvü İbrahim İbrahimlinin “AYB-nin diplomsuz “aslanı” yazısını təqdim edir.

Azərbaycanın yaradıcı sferasında ən çox tənqid olunan birliklərdən biri də Azərbaycan Yazıçılar Birliyidir. Bu tənqidlərin əsas hədəfi əksər vaxtlar hörmətli yazıçımız Anar müəllim olub. Mən bu yazıçını həmişə dəstəkləmişəm və yeri gələndə müdafiə etmişəm.

Bu tənqidlərin içində istedadsız tənqidlər də olub və istedadına yaraşmayan, istedadı heç nə olan şəxslərdə olub, bunların da yazdıqları mənasız bir şey kimi qəzetlərdə də qalıb, reallığa əsaslanmayıb. İş olan yerdə müəyyən nöqsan da olduğundan mən belə tənqidlərə əsaslandırılmamış bir şey kimi baxmışam.

Tənqidlərlə baxmayaraq, Anar müəllim yenə AYB-nin sədridi, yəqin ki, hələ bundan sonrakı qurultayda da seçiləcək. Mən bu məqamda bir qeyri-müəyyənlik gördüyümdən, indidən təsəvvür etdiyimdən bir qədər tərəddüd hissi keçirirəm, yəni o sədrlik məqamında əsaslandırılmamış bir nüans sezirəm.

O səbəbdən ki, deyilən həmin nüansa görə AYB-nin indiki vəziyyətində mən belə bir reallığın bütövləşməyin hiss etmirəm, Anar müəllimin sədrliyini bu reallığın içində hərtərəfli görə bilmirəm.

Düşünməyin ki, bu, onun qurultayda seçilməyəcəyinə görədir, qətiyyən elə deyil. Bunun ayrı səbəbi var. Artıq AYB-nin indiki reallığında bütöv görünən, sədr səlahiyyətlərindən olduqca ustalıqla bəhrələnən bir şəxs var. Bu şəxsin ədəbiyyata dəxli olmasa da bütün səlahiyyətləri mənimsəyib və artıq orada istədiyini edir.

Bu adam Rauf Aslanovdu. O, Anar müəllimin baş müşaviridi. Baş müşavir olan bu şəxsin heç bir ali savadı yoxdur, heç bir universitetdə oxumayıb, yalnız orta məktəbi bitirib.

Diqqətinizə çatdırım ki, bəlkə də ömrü uzunu bir kitab da oxumayıb, amma hamı hər bir işdən ötrü onun yanına gəlir. Təqaüd almaq istəyən də, AYB-nin təsisçisi olduğu bədi jurnalların, qəzetlərin baş redaktorları da, (qeyd edim ki, o jurnalların, qəzetlərin içində bircə “Azərbaycan” jurnalının baş redaktoru hörmətli İntiqam Qasımzadə prinsipiallıq göstərib onu jurnalın işinə müdaxilə etməyə imkan yaratmır, buna görə İntiqam müəllimə təşəkkür düşür) hətta elə vaxtlar olub, AYB-nin bəzi katibləri onunla hesablaşıb.

Rauf Aslanov mövqeyinə o qədər arxayındır ki, ora gələn istedadlı yazıçılara, yazarlara zor tətbiq etməkdən də çəkinmir.

Qəribə burasıdır ki, AYB-də kimi dindirirsən onun haqqında yalnız mənfi fikir deyir, lakin bununla belə onu kənarlaşdırmağa meyl göstərmirlər. Aydındır ki, yazıçılar digər sənət adamları ilə müqayisədə daha həssas olurlar. Bu adamın bir cümləsi olmadığı halda yazıçıların, şairlərin qayğısını necə anlaya bilər, həssaslığını necə duya bilər.

Məncə, o Anar müəllimə arxayındır.

Anar müəllimin imkanlarından, hörmətindən yetərincə istifadə etməkdədir.

Anar müəllimsə humanist olduğuna görə ona heç bir irad bildirmir.

Amma bir şeyi unudur ki, Rauf Aslanov o cür hərəkətləri ilə ziyalıları nəinki hörmətli Anar müəllimdən, hətta ölkəmizdəki mövcud cəmiyyətdən və siyasi formasiyadan narazı salır.

Mən sizə səmimi deyirəm, artıq bu narazılıq kiçik ətrafı əhatə etmir, yetərincə əhatəli tərəfləri var. Məncə, o, bunu da bilərəkdən edir, ən əsası bu birlikdə qeyri-sağlam hərəkətlər ilə ölkənin ziyalılarının arasında haqlı narazılıq yaradır. Mən dəfələrlə görmüşəm ki, həmin yazıçılar AYB-nin nəyindənsə narazılıq edəndə o, bilərəkdən bu mənfi enerjini, narazılığı hörmətli Anar müəllimə və yuxarılara yönəldir, guya o burada ən səlahiyyətsiz bir adamdır, bunların ona heç bir adiyyatı yoxdur.

Bir şeyi də bildirim ki, çox təəccüblü olsa da, AYB-nin kadr məsələlərinə də bu baxır, bu tənzimləyir.

Demək, mən Anar müəllimə 2006-cı ildən bəri işlə təmin olunmağım barədə müraciət etmişəm, heç bir yerdə işləmədiyimi bildirmişəm. Anar müəllim də bildirib ki, bu məsələ ilə əlaqədar Raufa müraciət edim. Mən də müraciət etmişəm, o da məni müxtəlif üsullarla aldadıb: get filan vaxtı gəl, get sonra gəl və sair.

Amma məndən sonra yazıçı, şair olmayan, ədəbiyyatla heç bir dəxli olmayan xeyli adam işlə təmin edilib.

Hamısını da həmin vəzifələrə diplomsuz Rauf Asalanov təyin edibdir.

Bu şəxsin bir xüsusiyyəti var, kim bununla savad, diplom haqqında danışırsa, o dəqiqə söhbətin yönünü dəyişməyə meyl edir, özünü ədəbiyyat məmuru kimi aparır. Daha bilmir ki, ədəbiyyat məmuru olmaqdan ötrü gərək sənin duyumun, həssaslığın olmalıdır. Hər bir vicdanlı yazıçını və şairi anlamalısan ki, yetərincə dəstək olasan.

Bu adamın ədəbiyyat dəxli olmadığından ən adi etik normaları bilmir, heç kiminlə davranış normalarını gözləmir, fərqinə varmır ki, bura Azərbaycan Yazıçılar Birliyidir və burada olanların bir çoxu mövcud cəmiyyətə yaxşı mənada təsir edən yazıçı, şairdir.

Bir şeyi də bildirim ki, artıq o, AYB-yə gələndən bəri həmin ədəbi təşkilatda ədəbi mühit də qalmayıb. Belə şeylərin yalnız AYB-nin divarlarından asılmış ədəbiyyatla əlaqədar müxtəlif tədbirləri əks etdirən fotolarda görmək olar.

AYB istedadlı yazarları deyil, Rauf kimilərin mövcudluğunu təmin etməklə məşğuldur.

Görən, nə vaxta qədər?

# 3191 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #