Anar: "Elə davranmayın ki, gələcəkdə xəcalət çəkəsiniz..." - Məktub

Anar:  "Elə davranmayın ki, gələcəkdə xəcalət çəkəsiniz..." - Məktub
13 fevral 2025
# 10:00

Anar "Yeni Müsavat"da onun haqqında köşələr yazan tanınmış publisist Zamin Hacı barəsində qəzetə məktub ünvanlayıb.
Xalq yazıçısı məktubun bir nüsxəsini də bizə göndərib.

Kulis.az həmin məktubu təqdim edir.

Hörmətli redaktor!

Redaktə etdiyiniz qəzetin demək olar ki, hər sayında eyni zatın mənim haqqımda bir-birindən təhqiramiz, şit “məzələnmələr”i çıxır.
Mənə bəslədiyi səbəbsiz və izahsız nifrətinə görə atamın ruhunu incitmək kimi şərəfsizliyə də əl atır.

Haqqımda yazdığı və dabanbasma çap olunan yazıların sonuncusunda mənə ünvanlanmış növbəti təhqirlərdən sonra gileylənir ki, Elxan Elatlını Yazıçılar Birliyinə qəbul etmirik, ona ev və təqaüd vermirik.

Yalançılıq bu köşə yazarının üçüncü peşəsidir. İstedadlı yazıçı Elxan Elatlı 2007-ci ildən Yazıçılar Birliyinin üzvüdür və bir dəfə də olsun ev ya təqaüd üçün Birliyə müraciət etməyib.

Birinə yalmanmaq üçün başqasını alçaltmağa cəhd etmək kəmlik kompleksinin əlamətidir.

Bilirəm ki, qəzetinizdə bir məktubumu verməyəcəksiniz, köşə yazarının gələcək böhranlarının qarşısını da ala bilməyəcəksiniz.
Amma unutmayın ki, tarix var. Qəzetlər də kitabxanalarda durur. Elə davranmayın ki, gələcək nəsillər qarşısında xəcalət çəkəsiniz.

“Yeni Müsavat” qəzetinin namuslu əməkdaşlarına salamlarla!

Bu qəzetin bir guşəsinin daimi hədəfi

Anar Rəsuloğlu

# 3782 dəfə oxunub

Oxşar xəbərlər

Atası qaçaq olan, ölümü ilə həkimini heyrətləndirən Xalq artisti kimdir?

Atası qaçaq olan, ölümü ilə həkimini heyrətləndirən Xalq artisti kimdir?

18:51 3 iyun 2025
Həbsdən çıxıb Moskvaya qaçan, Atatürkdən əfv diləyən Nazim Hikmət

Həbsdən çıxıb Moskvaya qaçan, Atatürkdən əfv diləyən Nazim Hikmət

18:42 3 iyun 2025
Sürücü ilə mübahisə edən aktyordan açıqlama

Sürücü ilə mübahisə edən aktyordan açıqlama

18:00 3 iyun 2025
Özbəkistanda Azərbaycan muğamı ilə bağlı ustad dərsləri keçirilib

Özbəkistanda Azərbaycan muğamı ilə bağlı ustad dərsləri keçirilib

17:15 3 iyun 2025
Kafkanın üç bacısı qaz kamerasında öldü... – Qerti Kaufman

Kafkanın üç bacısı qaz kamerasında öldü... – Qerti Kaufman

17:12 3 iyun 2025
Xurşudbanu Natəvanın şərəfinə mükafat təsis edilib

Xurşudbanu Natəvanın şərəfinə mükafat təsis edilib

16:58 3 iyun 2025
#
#
# # #