Ağadadaş Ağayev mühafizəçinin həbsini istəyir

Ağadadaş Ağayev mühafizəçinin həbsini istəyir
16 dekabr 2024
# 16:50

Xalq artisti Ağadadaş Ağayevin balta atdığı “MedEra” Hospitalın mühafizəçisi Nurəddin Cəlilovun məhkəməsi başlayıb.

Kulis.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən ilk iclasda tərəflərin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.

Bu işdə Ağadadaş Ağayev zərərçəkmişdir. Bu gün onun vəkili Asim Abbasov vəsatət qaldıraraq sərbəst mühakimə edilən N.Cəlilovun həbs edilməsini istəyib.

Vəkil vəsatətini belə əsaslandırıb ki, Cəlilov şahidlərlə eyni müəssisədə işləyir, onlara təsir edə bilər.

Amma hakim Elçin Ağayev vəsatəti təmin etməyib. Qərara alınıb ki, müttəhim mühafizəçi də məhkəməyə evindən gəlib-getsin.

Baxış iclası dekabrın 25-i keçiriləcək.

Qeyd edək ki, insidentə görə cinayət işləri ayrı-ayrılıqda icraata götürülüb. Digər işdə Ağadadaş Ağayev müttəhimdir. Onlar ikisi də Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham edilir. Bu maddənin sanksiya həddində 2 ildən 5 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Qafqazinfo

# 3446 dəfə oxunub

Oxşar xəbərlər

Eyfel qülləsi ilə hindu hərəkatının qalmaqalı – Səbəb

Eyfel qülləsi ilə hindu hərəkatının qalmaqalı – Səbəb

11:00 30 sentyabr 2026
Tom Kruzdan yeni layihə - “Oskar”a namizəd ola bilər

Tom Kruzdan yeni layihə - “Oskar”a namizəd ola bilər

10:45 30 sentyabr 2026
Türkiyə və Fransa əməkdaşlığı - Fotoqrafiyanın 200 illiyi ilə bağlı

Türkiyə və Fransa əməkdaşlığı - Fotoqrafiyanın 200 illiyi ilə bağlı

10:25 30 sentyabr 2026
Hollivud uduzu 75 yaşında vəfat etdi

Hollivud uduzu 75 yaşında vəfat etdi

10:11 30 sentyabr 2026
Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

18:30 29 sentyabr 2026
Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

18:00 29 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər