Yekə döşlər, iri budlar? – Firuz Mustafa yazır... 

Yekə döşlər, iri budlar? – Firuz Mustafa yazır... 
25 sentyabr 2020
# 10:40

Mo Yan məşhur Çin yazıçısıdır. 2012-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Onun haqqında yazanlar adətən yazıçını ya magik realizmin, ya da hallüsinasiya lı realizmin nümayəndəsi hesab edirlər. Əslində o, həqiqətən realist yazıçıdır və özü də sərt realistik, lap elə məncə naturalist nəsrin nümayəndəsidir.

Nobelçi yazıçının əsl adı Guan Moyedir. Özü də Çin kommunist partiyasının üzvüdür. Mo Yan onun təxəllüsdür, çin dilində mənası “sus”, “danışa” deməkdir.

Mo Yan dünyada öz romanları ilə tanınır. Onun ən məşhur romanlarından birinin qəhrəmanı qadındır. Bu əsər rus dilində bu cür səslənir: «Большая грудь, широкий зад». Yazıçı haqda vikipediya bazasının Azərbaycan dilində gedən məlumatında həmin əsərin adı belə tərcümə edilib: “Yekə döşlər, iri budlar”. Bəlkə də bu cür təqdimatın üstündən sükutla keçmək olardı. Dərd orasındadır ki, ardınca həmin roman haqqında müxtəsər məlumatda oxuyuruq: “əsər qadın bədənindən bəhs edir”...

Bu cür təqdimat təkcə vikipediyada gedən “məqalə”yə aid deyil. Az qala bütün qaynaqlarda əsərin adı və haqqında gedən məlumatlar bu minvalla biri-digərini təkrar edir.

Zahirən romanın adı rus dilindən düzgün tərcümə edilib. “Yekə döşlər, iri budlar”... Amma tərcüməçilər yaxşı bilir ki, çox vaxt əsərin adı onun mahiyyətindən doğur. Buna aid istənilən qədər misal gətirmək olar. Məsələn digər Nobelçi Mixail Şoloxovun məşhur romanı (“Поднятая целина”)

İlk variantda “Şumlanmış torpaq” kimi getsə də, sonralar dilimizdə daha düzgün variant tapıldı: “Oyanmış torpaq”.

Elə Mo Yanın romanını da diqqətlə oxuyandan sonra onun “adını” düzgün müəyyən etmək olardı. Bəli, onu da yazırlar ki, “əsər qadın bədənindən bəhs edir”. Qətiyyən...

Yadımdadır, bir neçə il öncə əsər yüksək mükafata layiq görülən zaman ədəbiyyat sahəsində tanınan bir neçə “alim” vay-şüvən qoparmışdı ki, bəs Mo Yanın romanı başdan-ayağa pornoqrafiya və erotikadır...

Yalandır.

Çin yazıçısının haqqında bəhs etdiyimiz əsərinin qəhrəmanı doğrudur qadındır, doğrudur orada sevgi də var, nifrət də, zorakılıq da...

Amma, ancaq, fəqət, leyk və lakin.

Bir çox dünya klassiklərinin əsərləri ilə müqayisə olanan bu romanın qəhrəmanı min bir məhrumiyyətə dözən, necə deyərlər öz kirpiyi ilə od götürən, döşündən öz balalarına süd verən çinli qadın Şanquan anadır.

Əsərdən belə bir ideya ortaya çıxır ki, qadın- xalq deməkdir, kişi isə ideya. Xalqla ideyanın birliyi, vəhdəti isə həmişə müsbət nəticə verə bilər.

Qayıdaq romanın adına. Əsəri oxuyub başa vurduqdan sonra təqdim edilən ad və məzmunun düzgün olmadığı qənaətinə gəlirik. Və belə hesab edirik ki, haqqında bəhs etdiyimiz romanın adı belə tərcümə edilməlidir: “İri sinə, möhkəm arxa”. Buna bənzər digər variantlar da istina edilə bilməz...

Etməyib tənbəllik əsərin Çin dilində adının necə olduğunu da tapdım və dilmanc vasitəsi ilə tərcümə etdim. Orijinalda adı verirəm, tərcüməsini isə özünüz taparsınız: 莫言 “丰乳肥臀

# 6536 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Fəhmi:   “Muxtarov obrazına müraciət etməyimin əsl səbəbi...” - Müsahibə

İlqar Fəhmi: “Muxtarov obrazına müraciət etməyimin əsl səbəbi...” - Müsahibə

13:30 2 may 2026
Gürcüstandakı qədim tapıntıda buğdanın mənşəyi ilə bağlı yeni faktlar üzə çıxdı

Gürcüstandakı qədim tapıntıda buğdanın mənşəyi ilə bağlı yeni faktlar üzə çıxdı

13:15 2 may 2026
Ramiz Zöhrabov ilk dəfə hansı yeniliyi tətbiq etmişdi?

Ramiz Zöhrabov ilk dəfə hansı yeniliyi tətbiq etmişdi?

12:10 2 may 2026
"Mən onları gözübağlı da udaram..." - Aleksandr Alyoxindən şahmat oynamağı necə öyrəndim?

"Mən onları gözübağlı da udaram..." - Aleksandr Alyoxindən şahmat oynamağı necə öyrəndim?

12:00 2 may 2026
Kinoda və teatrda ana rollarının ən yaxşı ifaçısı... - Onu səhnəyə kim qaytarmışdı?

Kinoda və teatrda ana rollarının ən yaxşı ifaçısı... - Onu səhnəyə kim qaytarmışdı?

10:30 2 may 2026
Benksi nəhəng heykəlin ona məxsus olduğunu rəsmən təsdiqlədi

Benksi nəhəng heykəlin ona məxsus olduğunu rəsmən təsdiqlədi

15:30 1 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər