VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub - Foto

VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub - Foto
6 oktyabr 2021
# 13:11

Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının (“Baku International Book Fair 2021”) açılışı olub.

APA-nın məlumatına görə, açılışda Baş nazirin müavini Əli Əhmədov, mədəniyyət naziri Anar Kərimov, təhsil naziri Emin Əmrullayev və Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmed Demircan iştirak edib.

Tədbiri giriş sözü ilə açan Əli Əhmədov sərginin əhəmiyyətindən danışıb: “Azərbaycanda artıq ənənə halını almış kitab sərgisinin açılışı münasibətilə hamını təbrik etmək istəyirəm. Belə sərgilər hər bir xalqın və dövlətin tarixi üçün mühüm əhəmiyyət kəsb edir. Bu, Azərbaycan xalqının kitaba olan hörmətinin göstəricisidir. Sivilizasiyanı kitabsız təsəvvür etmək mümkün deyil. Azərbaycan tarixinin bu günə çatmış ənənələri də kitabla bilavasitə əlaqədardır. 2021-ci il Prezident İlham Əliyevin sərəncamı ilə “Nizami Gəncəvi ili” elan olunub. Yazı və kitab tarixin ən etibarlı saxlanc yeridir. Bu günlərdə Azərbaycan xalqının əldə etdiyi möhtəşəm qələbələr kitablarda öz əksini tapacaq”.

Mədəniyyət naziri Anar Kərimov builki sərginin ötən illərdəkindən fərqli olduğunu deyib: “Ölkə rəhbərliyi tərəfindən kitab mədəniyyətinə mühüm diqqət göstərilir. Artıq on dörd ildir ki, Azərbaycanda belə möhtəşəm kitab sərgisi keçirilir. Bu il ölkə cənab Prezidenti tərəfindən “Nizamı Gəncəvi ili” elan olunub. Ona görə də qərara gəldik ki, builki kitab sərgisini məhz Nizami Gəncəviyə həsr edək”.

Emin Əmrullayev kitabın cəmiyyət həyatındakı rolundan danışıb: “Kitab təhsilin mərkəzində duran əsas anlayışlardan biridir. Məsələnin bir qədər də dərininə getsək, kitab mədəniyyətdir. Kiçik yaşlarından uşaqlarda kitaba sevgi yaratmaq çox önəmlidir”.

Qeyd edək ki, sərgidə 13 ölkədən 165 müəssisə iştirak edir.

“Nizami Gəncəvi İli” çərçivəsində hər gün saat 10:00-dan etibarən Bakı Ekspo Mərkəzinin foyesində müxtəlif tədbirlər keçiriləcək.

Ziyarətçilər üçün sərgiyə “Koroğlu” metrostansiyasından hər yarım saatdan bir, “Elmlər Akademiyası” stansiyasından isə hər saatdan bir avtobuslar ödənişsiz hərəkət edəcəklər. Sərginin təşkilatçısı Mədəniyyət Nazirliyidir, təşkilati dəstəyi isə “Caspian Event Organisers” (“CEO”) şirkəti həyata keçirir.

# 3130 dəfə oxunub

Oxşar xəbərlər

Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər

Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər

18:33 11 sentyabr 2026
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər

Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər

18:03 11 sentyabr 2026
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər

Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər

17:53 11 sentyabr 2026
Həmidə Ömərova: "Həmişə Kinematoqrafçılar İttifaqının inkişafına xidmət eləmişəm"

Həmidə Ömərova: "Həmişə Kinematoqrafçılar İttifaqının inkişafına xidmət eləmişəm"

17:35 11 sentyabr 2026
Qəzza haqqındakı film Venesiyada alqış rekordu qırdı

Qəzza haqqındakı film Venesiyada alqış rekordu qırdı

16:00 11 sentyabr 2026
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilən Şəfiqə Məmmədova kimdir? - DOSYE

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilən Şəfiqə Məmmədova kimdir? - DOSYE

15:30 11 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər