Ssenari müsabiqəsinin qalibləri məlum oldu

Ssenari müsabiqəsinin qalibləri məlum oldu
1 avqust 2020
# 13:22

Azərbaycan Kinematoqrafçılar İttifaqı A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondu ilə birgə sənədli kino sahəsində aktivliyi artırmaq, o cümlədən Rusiyada elm, mədəniyyət, ictimai fəaliyyəti ilə görkəmli nəticələr əldə etmiş azərbaycanlıların daha geniş tanıtmaq məqsədi ilə “Rusiyanın görkəmli azərbaycanlıları” beynəlxalq sənədli filmlər ssenariləri müsabiqəsi elan etmişdi.

Elan edildiyi kimi “Aşur evi” (Əkbər N. Nəcəf, İdris Heydərli, Seyran Mahmudoğlu),“Bir ailənin əsri” (Toğrul Cuvarlı, Ziya Şıxlinski),“Qacarlar” (Nicat Dadaşov, Reyhan İsayeva),“Xatirələrim məndə yaşayır” (Nadir Maçanov),“Mamed” (Seymur Elsəvər ),“Next” (Çingiz Rəsulzadə),“Sadəcə Emin…” (Günel Mehri), “Şərqdə doğan günəş” (Ülviyyə Əhmədova),“Tənha” (Ruslan Mollayev),“Üç nəfərdən artıq yığışmaq olmaz” (Çingiz Rəsulzadə) ssenariləri müsabiqəyə buraxılmışdı. Rüstəm İbrahimbəyovun sədrliyi ilə Oleq Səfərəliyev, Vaqif Azəryar və Əli İsa Cabbarovun daxil olduğu münsiflər heyəti Milli Kino günü öncəsi qalibləri müəyyən etmişdir:

1-ci yer -“Aşur evi” (Əkbər N. Nəcəf, İdris Heydərli, Seyran Mahmudoğlu)

2-ci yer - “Bir ailənin əsri” (Toğrul Cuvarlı, Ziya Şıxlinski)

3-cü yerlər - “Şərqdə doğan günəş” (Ülviyyə Əhmədova)

“Next” (Çingiz Rəsulzadə)

“Qacarlar” (Nicat Dadaşov, Reyhan İsayeva)

Azərbaycan Kinematoqrafçılar İttifaqı birinci yer tutmuş ssenarinin kino həyatı qazanması üçün səy göstərəcəkdir. Münsiflər heyəti müsabiqəyə qatılmış müəlliflərə müsabiqədə iştiraka görə minnətdarlığını bildirir, yaradıcı fəaliyyətdə uğurlar arzu edir. Müsabiqənin qalibləri diplom və pul mükafatı ilə təltif ediləcəklər.

# 3307 dəfə oxunub

Oxşar xəbərlər

"The Odyssey" rekordları qırmaqda davam edir

"The Odyssey" rekordları qırmaqda davam edir

12:10 26 avqust 2026
Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

11:10 26 avqust 2026
Məşhur amerikalı müğənni vəfat etdi

Məşhur amerikalı müğənni vəfat etdi

10:30 26 avqust 2026
Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür

Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür

10:15 26 avqust 2026
Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər