Səlim Babullaoğlundan xəbər var

Səlim Babullaoğlundan xəbər var
22 iyun 2020
# 10:23

“Bütövlükdə vəziyyətim stabildir”.

Bu sözləri hazırda “Yeni Klinika”da pnevmoniyadan müalicə alan tanınmış şair Səlim Babullaoğlu söyləyib.

“Artıq beşinci gündür ki, hərarətim yoxdur. Amma intensiv müalicə gedir, iynələr vurulur, sistem köçürülür. Fizioterapiya işləri aparılır. Həkimlərin rəyi və təkrar təhlillər göstərir ki, xəstəlik gerilir. Bir neçə gün xəstəxanda qalan günlərimi isə evdə müalicə alacam”.

S.Babullaoğlu daha sonra bunları əlavə edib:

“Vaxt aşırı klinikanın baş həkimi, hörmətli Pərviz Abbasovla telefonla danışıram, müəyyən konsultasiyalar alıram. Eyni zamanda şöbə həkimi, hörmətli Nərgiz Əliyeva və Dilman Əhmədovla da bilavasitə kontaktda oluram. Ümid edək ki, doğurdan da hər şey yaxşı olacaq. Səhhətimlə maraqlanan bütün insanlara, ilk növbədə millət vəkilimiz Jalə Əliyevaya, Mən TƏBİB-in rəhbərliyinə - Ramin Bayramlıya, Hikmət müəllimə, Vasif müəllimə, AYB rəhbərliyinə, Anar müəllimə, Rauf Aslanova təşəkkür edirəm”.

# 4750 dəfə oxunub

Oxşar xəbərlər

Bayö qobeleni Britaniya Muzeyində nümayiş etdiriləcək

Bayö qobeleni Britaniya Muzeyində nümayiş etdiriləcək

18:10 28 avqust 2026
Məşhur müğənni könüllü qismində iştirak edib - Xərçənglə mübarizədə

Məşhur müğənni könüllü qismində iştirak edib - Xərçənglə mübarizədə

17:50 28 avqust 2026
Qədim “Herakl qapısı"  tapıldı

Qədim “Herakl qapısı" tapıldı

16:30 28 avqust 2026
Şəfiqə Məmmədova sədrliyə yeganə namizəd olacaq - Əli İsa Cabbarovun istefası qəbul edildi

Şəfiqə Məmmədova sədrliyə yeganə namizəd olacaq - Əli İsa Cabbarovun istefası qəbul edildi

16:03 28 avqust 2026
Türkiyə musiqi sənayesində tarixi ilk

Türkiyə musiqi sənayesində tarixi ilk

15:45 28 avqust 2026
"Təhlükəsiz" olanı deyil, həqiqəti axtarmaq lazımdır...  - "Etikanın metodları"ndan bir hissə

"Təhlükəsiz" olanı deyil, həqiqəti axtarmaq lazımdır... - "Etikanın metodları"ndan bir hissə

15:30 28 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər