Nizami Gəncəvinin türk dilində nəşr olunan "Xəmsə"si təqdim olundu - Foto

Nizami Gəncəvinin türk dilində nəşr olunan "Xəmsə"si təqdim olundu - Foto
6 dekabr 2019
# 15:37

Dekabrın 6-da Azərbaycan Milli Kitabxanasında Nizami Gəncəvinin türk dilinə tərcümə edilmiş “Xəmsə”sinin (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə”) təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, tanınmış mədəniyyət və ictimaiyyət xadimləri iştirak ediblər.

Ə. Qarayev Azərbaycan cəmiyyətində kitaba marağın heç vaxt azalmadığını bildirib: "Bu, belə də olmalıdır. 2019-cu ildə Azərbaycanda, eləcə də Milli Kitabxanada kitabla bağlı bir sıra tədbirlər keçirilib. Onlardan biri də 6-cı Bakı Kitab Sərgi Yarmarkası oldu. Sevindirici haldır ki, Azərbaycan kitabı tək bizim oxucular tərəfindən deyil, beynəlxalq aləmdə də tanınır, müxtəlif dillərə tərcümə olunaraq təqdim olunur. Sözsüz ki, bu da dünyada Azərbaycan kitabına marağı artırır. Lakin məqsədimiz fəaliyyəti daha da genişləndirməkdir".

Nazir son illərdə Mədəniyyət Nazirliyi və Türkiyənin nəşriyyatları tərəfindən müxtəlif layihələrin həyata keçirildiyini vurğulayıb: "Xüsusilə “Zengin Yayıncılık” nəşriyyatının fəaliyyətini yüksək qiymətləndirirəm. Bu nəşriyyat Azərbaycan kitablarının Türkiyədə nəşr edilməsi sahəsində böyük işlər görüb. Son illərdə “Zengin Yayıncılık” nəşriyyatı tərəfindən 30 müəllifin kitabı türk dilində çap edilib. Belə nəşrlərdən biri də bu gün təqdimatı keçirilən, Azərbaycan mədəniyyətinin, fəlsəfəsinin zirvəsi Nizami Gəncəvinin əsərləridir. “Xəmsə” Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin və onların əsərlərinin digər ölkələrdə tanıdılması və təbliği məqsədilə “Azərbaycan Kitabının Dünyada Tanıdılması” layihəsi çərçivəsində nəşr edilib. "Xəmsə"si türk dilinə tərcümə olunaraq Türkiyə oxucuna təqdim edilib. Bu işlərdə əməyi keçmiş hər kəsə təşəkkür edirəm. Mən əminəm ki, Nizaminin ədəbi irsi türk oxucusu tərəfindən yenidən rəğbətlə qarşılanacaq və Azərbaycan xalqının böyük mədəniyyətə malik xalq olduğu bir daha sübuta yetiriləcək".

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral isə iki qardaş ölkənin xalqlarını bir-birinə bağlayan ən möhkəm bağlardan birinin də mədəniyyət olduğunu qeyd edib: "Türkiyədə klassik ədəbiyyatdan yazarkən Nizaminin, Füzulinin adını çəkməmək mümkün deyil. Biz bu şairlərin mədəniyyətimizin ən dəyərli parçaları olduğunu bilirik. Lakin Azərbaycan ədəbiyyatının Türkiyədə tanıdılması məqsədi ilə hələ çox işlər görülməlidir. 70 illik Sovet dövrü bu ilki xalqı bir-birindən ayırıb. Biz biri-bizimizi daha yaxşı tanımaq, daha da yaxınlaşmaq üçün keçmişimizi dərindən öyrənməliyik. Bu gün təqdimatı keçirilən Nizami Gəncəvinin "Xəmsə"si də bir-birimizi yaxından tanımağa vəsilədir”.

Daha sonra Xalq yazıçıları Elçin, Afaq Məsud, akademiklər İsa Həbibbəyli, Nizami Cəfərov və başqaları çıxış ediblər.

Qeyd edək ki, şair-tərcüməçi Yurtseven Şenin tərcüməsində “Zengin Yayıncılık” nəşriyyatı tərəfindən nəşr olunan kitabların ilk növbədə Türkiyədəki elmi kütləvi kitabxanaların, ali təhsil ocaqlarının və s. aidiyyəti qurumların kitab fonduna daxil edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan “Azərbaycan Kitabının Dünyada Tanıdılması” layihəsi 2016-cı ildən həyata keçirilir. Layihə çərçivəsində 30 müəllifin 46 adda kitabı türk dilində çap olunub.

# 3139 dəfə oxunub

Oxşar xəbərlər

Rəsul Rza mükafatı  laureatlara təqdim olundu

Rəsul Rza mükafatı laureatlara təqdim olundu

18:22 19 may 2026
“Bəy-gəlinin toya daxil olması ilə bağlı yeni bir layihə üzərində işləyirəm” - Babək Niftəliyevlə müsahibə

“Bəy-gəlinin toya daxil olması ilə bağlı yeni bir layihə üzərində işləyirəm” - Babək Niftəliyevlə müsahibə

18:02 19 may 2026
Əməkdar artist: "Elə bilirlər, gəlib yanımda bir az hazırlaşıb gedib toylardan pul qazanacaqlar"

Əməkdar artist: "Elə bilirlər, gəlib yanımda bir az hazırlaşıb gedib toylardan pul qazanacaqlar"

16:11 19 may 2026
Sabir Rüstəmxanlı “Şərəf” ordeni ilə təltif edildi

Sabir Rüstəmxanlı “Şərəf” ordeni ilə təltif edildi

16:00 19 may 2026
"Gülçöhrə və Əsgər"  pyesinin təhlilinə həsr olunan monoqrafiya nəşr olundu

"Gülçöhrə və Əsgər" pyesinin təhlilinə həsr olunan monoqrafiya nəşr olundu

14:30 19 may 2026
Qandal səsləri ilə böyüyən uşaqlıq - Bir şair bir ölkənin tarixini necə dəyişdi?

Qandal səsləri ilə böyüyən uşaqlıq - Bir şair bir ölkənin tarixini necə dəyişdi?

14:05 19 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər