Nigeriyada azərbaycanlı sənətçilərin iştirakı ilə konsert keçirilib

Nigeriyada azərbaycanlı sənətçilərin iştirakı ilə konsert keçirilib
17 avqust 2020
# 10:09

Nigeriyanın tanınmış sopranosu Ranti, istedadlı azərbaycanlı sənətçilər Vüsalə Yusif (fortepiano), Şəbnəm Şıxəliyevanın (kanon) müşayiət və solo ifaları ilə rasizm və müharibəyə qarşı #bizsülhüdəstəkləyirik şüarı altında “Musiqi körpüsü” adlı canlı konsert proqramı təqdim edilib.

Kulis.az xəbər verir ki, konsert Nigeriyada fəaliyyət göstərən Azərbaycanın Dostları Təşkilatının təşəbbüsü və dəstəyi ilə həyata keçirilib.

Təşkilatın rəhbəri Nigeriyada yaşayan soydaşımız Billurə Bayramova–Bernard konsert zamanı Azərbaycanın dahi bəstəkarları Tofiq Quliyev, Rauf Hacıyev, Oqtay Kazımi, Nigeriya bəstəkarları və dünya bəstəkarlarının əsərlərinə müraciət edildiyini bildirib: “Əsas məqsədimiz musiqi, mədəniyyət vasitəsilə dünyaya sülh mesajı vermək və sülhün, bərabərliyin, humanizmin bəşəriyyət üçün önəmli olduğunu çatdırmaqdan ibarətdir”.

Konsert canlı olaraq Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və “Azeri Home Chef”in “Facebook” səhifələri üzərindən yayımlanıb.

# 3035 dəfə oxunub

Oxşar xəbərlər

Səni özüm sanaram - Nəbi Xəzri

Səni özüm sanaram - Nəbi Xəzri

18:19 14 iyul 2026
Misirdə heyrətamiz kəşf - 3000 illik sirli məqbərə tapıldı

Misirdə heyrətamiz kəşf - 3000 illik sirli məqbərə tapıldı

18:00 14 iyul 2026
Tom Kruz tanınmaz halda

Tom Kruz tanınmaz halda

16:34 14 iyul 2026
Nasistlərin oğurladığı tarixi rəsm əsəri zibillikdən tapıldı

Nasistlərin oğurladığı tarixi rəsm əsəri zibillikdən tapıldı

16:00 14 iyul 2026
Əri işgəncə ilə öldürüldü, dostu intihar etdi - Məşhur yazıçının faciəvi həyatı

Əri işgəncə ilə öldürüldü, dostu intihar etdi - Məşhur yazıçının faciəvi həyatı

14:30 14 iyul 2026
Muzeyin döşəməsinə fıstıq əzməsi çəkildi - Səbəb

Muzeyin döşəməsinə fıstıq əzməsi çəkildi - Səbəb

13:52 14 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər