Kuklaçılar “Qara balığın nağılı”nı təqdim etdilər

Kuklaçılar “Qara balığın nağılı”nı təqdim etdilər
18 iyun 2020
# 18:51

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı növbəti tamaşasını hazırlayıb.


Kulis.az xəbər verir ki, məşhur nasir-publisist, İranda uşaq ədəbiyyatının banisi Səməd Behrənginin “Balaca qara balıq” mənzum nağılı əsasında hazırlanan “Qara balığın nağılı” tamaşası yeni teatr mövsümündə teatrsevərlərin ixtiyarına veriləcək.


Səhnələşdirəni Həmidə Rüstəmova, quruluşçu rejissoru Namiq Ağayev, quruluşçu rəssamı İqbal Əliyev olan musiqi tərtibatlı uşaq tamaşası üç aktyorun canlı plan və kukla oyunu toplusudur.


Tamaşada teatrın aparıcı aktyorları Aygül Ağayeva, Cavid Telman və Günay Əhməd iştirak edirlər. Çoxfunksiyalı kuklalar, plastik həll və harmoniyalı oyun sayəsində dolğun səhnə nümunəsi ərsəyə gətirən Namiq Ağayev fərqli kukla texnikalarına müraciət edib.


O, bu yeni səhnələşdirmə vasitəsilə tamaşaçılara əzmkarlıq, cəsarət, mübarizlik və ən əsası nikbinlik aşılamaqla bütün savaşların sonundakı mütləq qələbəni göstərməyə çalışıb.


Teatrın mətbuat xidmətindən verilən məlumata görə tamaşanın istər məşq, istərsə də qəbulu prosesi sosial izolyasiya qaydalarına əməl olunaraq yerinə yetirilib.

# 3555 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat etdi

Xalq artisti Zaur Rzayev vəfat etdi

18:52 29 oktyabr 2026
Beren Saat və Ekin Koç illər sonra yenidən eyni layihədə

Beren Saat və Ekin Koç illər sonra yenidən eyni layihədə

17:30 29 oktyabr 2026
Qadınların gündəlik həyatını əks etdirən qədim dolab tapıldı

Qadınların gündəlik həyatını əks etdirən qədim dolab tapıldı

17:00 29 oktyabr 2026
Deddi Yankinin  yeni albomu yayımlanacaq

Deddi Yankinin yeni albomu yayımlanacaq

16:30 29 oktyabr 2026
Məşhur aktyor "Yaşayan ən seksual kişi"  seçildi

Məşhur aktyor "Yaşayan ən seksual kişi" seçildi

16:00 29 oktyabr 2026
Nadir dinozavr skeleti rekord qiymətə satıldı

Nadir dinozavr skeleti rekord qiymətə satıldı

15:00 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər