Kiyevdə Salam Sarvanla görüş keçirildi

Kiyevdə Salam Sarvanla görüş keçirildi
14 iyul 2021
# 16:13

Kiyev Milli Dilçilik Universitetində tanınmış Azərbaycan şairi Salam Sarvanla görüş keçirilib.

Dövlət Tərcümə Mərkəzindən Kulis.az-a verilən məlumata görə, görüşdə şairin yaradıcılığı, ötən il ukrain dilində Kiyevdə işıq üzü görmüş, Ukrayna oxucuları tərəfindən maraqla qarşılanmış “І потонути неможливо, неглибокий цей світ...” (“Boğulmaq da olmur, dayazdır dünya”) kitabı ətrafında fikir mübadiləsi aparılıb. Görüşün moderatoru Dövlət Tərcümə Mərkəzinin Ukrayna layihələri üzrə məsul katibi Marina Qonçaruk Mərkəzin Ukrayna-Azərbaycan ədəbi əlaqələrinin inkişafına verdiyi töhfələrdən, Azərbaycan dilində Bakıda nəşr olunmuş “Müasir Ukrayna poeziyası antologiyası”, ukrain dilində Kiyevdə işıq üzü görmüş “Azərbaycan poeziyası antologiyası”ndan söz açıb.

Universitetin şöbə müdiri, filologiya elmləri namizədi Anastasiya Pojar xalqları ədəbiyyatları vasitəsilə bir-birinə yaxınlaşdıran belə tədbirlərin əhəmiyyətindən danışaraq ukraynalıların, Azərbaycan xalqı, onun milli xüsusiyyətləri, mədəniyyəti, özünəməxsusluğu haqqında ən dəqiq məlumatı Azərbaycan ədəbiyyatından aldığını bildirib.

Ümumdünya Poeziya Festivalının qalibi, tanınmış Ukrayna şairi Lesya Mudrak Salam Sarvanın şeirlərini tərcümə edərkən keçirdiyi hisslərdən, şairin özünəməxsus düşüncə tərzindən danışıb: “Bu yaradıcılıq, ətrafımızda hər gün gördüyümüz reallıqlarla bağlı olsa da, bütün bu yeknəsəkliyin içindən tamamilə fərqli bir gerçəkliyi üzə çıxarır. Ukrayna oxucusu bu şeirlərdə, ənənəvi semantika sərhədlərini xeyli genişləndirən, ən adi təzahürlərdə belə, peşəkar şair gözü ilə heyrətamiz çalarlar tutan, ənənəvi poetizmləri gözlənilməz məna və baxış bucaqlarından təqdim edən bir şairlə tanış olacaq”.

Daha sonra Salam Sarvan Azərbaycan ədəbi prosesinin özəlliyi, şairin yaradıcılıq yolu, şeirlərinin estetik məziyyətləri ilə bağlı auditoriyanın suallarını cavablandırıb.

# 3291 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış reper qəzaya düşdü

Tanınmış reper qəzaya düşdü

17:49 26 noyabr 2026
Dünyanın ən böyük şəhər muzeyi fəaliyyətə başlayacaq

Dünyanın ən böyük şəhər muzeyi fəaliyyətə başlayacaq

16:43 26 noyabr 2026
53 barmaqlı robot pianoçu səhnəyə çıxdı

53 barmaqlı robot pianoçu səhnəyə çıxdı

16:21 26 noyabr 2026
Azərbaycan Milli QHT Forumunda “İpək irsimiz - kəlağayı”  adlı tədbir keçirildi

Azərbaycan Milli QHT Forumunda “İpək irsimiz - kəlağayı” adlı tədbir keçirildi

16:07 26 noyabr 2026
Məşhur model vəfat etdi

Məşhur model vəfat etdi

15:42 26 noyabr 2026
Türkiyəli məşhurlar azadlığa buraxıldı

Türkiyəli məşhurlar azadlığa buraxıldı

14:46 26 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər