Kamal Abdullanın romanı Almaniyada çap olunub 

Kamal Abdullanın romanı Almaniyada çap olunub 
23 yanvar 2021
# 17:38

Xalq yazıçısı Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Almaniyada çap olunub.

Kulis.az xəbər verir ki, bu barədə kitabın redaktoru, Almaniyada yaşayan həmyerlimiz, yazıçı-araşdırmaçı Orhan Aras məlumat verib. O, bildirib ki, roman türkoloq Herman Kielin tərcüməsində işıq üzü görüb.

"Amazon", "Booklooker”, “Buchkatalog.de”, “Thalia.de” kimi böyük kitab satış saytlarında “Das Unvollstandige manuskript” adı ilə alman oxucularına təqdim olunan roman "Epubli" nəşriyyatında işıq üzü görüb.

Kitabın rəssamı Soltan Soltanlıdır. Nəşriyyat “Yarımçıq əlyazma” romanını “Alman oxucu bu romanda Şərqin özünəməxsus rəngini görəcək və fərqli bir tarixi dövrünə şahidlik edəcək” təqdimatı ilə oxucuların ixtiyarına verib.

Qeyd edək ki, 2020-ci ildə yazıçının “Sehrbazlar dərəsi” romanı da Almaniyada yayımlanıb.

Kamal Abdullanın ədəbi-bədii irsində vacib yer tutan roman yaradıcılığı "Yarımçıq əlyazma" ilə başlayıb. Müasir Azərbaycan ədəbiyyatında hadisə sayılan, ədəbiyyatşünas, mədəniyyətşünas və tənqidçilərin bədii-estetik səviyyəsinə, ədəbi siqlətinə görə yüksək nümunə kimi dəyərləndirdiyi bu əsər Bakıda ilk dəfə 2004-cü ildə çap olunub.

"Yarımçıq əlyazma"nın ədəbi taleyi təkcə Azərbaycanla bağlı olmayıb. Çap olunduğu ölkələrin sayına görə dünya ədəbiyyatının həqiqi faktına çevrilən roman - Fransa, Rusiya, Türkiyə, Braziliya, Polşa, Misir, Amerika, Qazaxıstan, Avstriya, Qırğızıstan, İtaliya, Gürcüstan, Monteneqro və Yaponiyada çap olunub.

Azərbaycanda tənqidçilərin müxtəlif müzakirə və mübahisələrinə səbəb olan, ətrafında çeşidli ədəbi qalmaqallar yaranan bu əsər 2007-ci ildə "525-ci qəzet"in "İlin romanı", Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin "Son 10 ilin ədəbi əsəri", 2007-ci ildə "Humay" mükafatlarına layiq görülüb. 21 sentyabr 2015-ci ildə "Yarımçıq əlyazma" İtaliyanın ən böyük fondlarından biri Rikardo Tanaturri Fondunun təsis etdiyi "Scanno" mükafatının ("Skanoprize") ədəbiyyat üzrə xüsusi prizini ölkəmizə gətirib.

Xüsusilə qeyd etmək lazımdır ki, bu əsər çap olunduğu xarici ölkələrdə uğurlu nəşr həyatı yaşayaraq müxtəlif illərdə Fransada (2003, 2005), Türkiyədə (2006, 2014), Rusiyada (2006, 2013), İtaliyada (2014, 2015) təkrar çap edilib.

# 3782 dəfə oxunub

Oxşar xəbərlər

Mətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi

Mətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi

17:45 14 sentyabr 2026
“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyası

“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyası

17:30 14 sentyabr 2026
Şeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi

Şeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi

17:22 14 sentyabr 2026
Parisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandı

Parisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandı

17:00 14 sentyabr 2026
ADMİU-da İncə və Sənət təqdim edildi

ADMİU-da İncə və Sənət təqdim edildi

16:40 14 sentyabr 2026
Məhəmmədhüseyn Şəhriyarın  “Heydərbabaya salam” poeması özbək dilində

Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində

16:10 14 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər