İndoneziyada Nizamiyə aid poçt markası buraxılıb

İndoneziyada  Nizamiyə aid poçt markası buraxılıb
17 may 2021
# 17:15

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin 880 iliyi münasibətilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi çərçivəsində ölkəmizin Cakartadakı səfirliyinin təşəbbüsü ilə poçt markası nəşr edilib.

Kulis.az xəbər verir ki, “İndoneziya Poçt Dövlət Şirkəti” tərəfindən buraxılan poçt markasının üzərində İndoneziya dilində “Nizami Gəncəvi ili 2021- Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi-880 / 1141-1290” yazısı, həmçinin şairin Gəncədə yerləşən məqbərəsinin və Bakıdakı Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyat Muzeyinin şəkilləri yer alıb.

“İndoneziya Poçt Dövlət Şirkəti” ilə səfirlik arasında əldə olunmuş razılığa əsasən, həmin marka may ayı ərzində ölkənin mərkəzi və regional poçt şöbələrində dövriyyəyə buraxılıb. Poçt markası ölkənin filatelistləri tərəfindən böyük maraqla qarşılanıb.

# 3419 dəfə oxunub

Oxşar xəbərlər

“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır

“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır

16:27 6 noyabr 2026
“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

15:58 6 noyabr 2026
Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

14:57 6 noyabr 2026
"Xoşbəxtlik qaçmaqda deyil, dayanmaqdadır" – Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatından reportaj

"Xoşbəxtlik qaçmaqda deyil, dayanmaqdadır" – Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatından reportaj

14:41 6 noyabr 2026
Zəfər Gününə həsr olunmuş xeyriyyə sərgisi təşkil edildi

Zəfər Gününə həsr olunmuş xeyriyyə sərgisi təşkil edildi

14:39 6 noyabr 2026
Əfsanəvi rok qrupundan bəhs edən filmin nümayiş tarixi açıqlandı

Əfsanəvi rok qrupundan bəhs edən filmin nümayiş tarixi açıqlandı

14:36 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər