Fransa mətbuatı azərbaycanlı tələbədən yazdı - Foto

Fransa mətbuatı azərbaycanlı tələbədən yazdı - Foto
8 aprel 2021
# 18:49

Fransanın Puatye (Poitiers) Universitetinin doktorantura pilləsində təhsilini davam etdirən azərbaycanlı tələbə Eşqi Camalov COVID-19 epidemiyasının tələbələrə olan mənfi nəticələrinin aradan qaldırılması istiqamətində yeni bir uğura imza atıb. Azərbaycanlı tələbənin yeni layihəsi əsasında ehtiyac içində olan tələbə gənclərə yardım edilib.

Bu haqda Fransanın “Nouvelles Aquitaines” portalında, eləcə də digər mətbuat orqanlarında dərc olunmuş “Məhəllə çörəkçisi tələbələrə gündəlik 50-yə qədər çörək verir” adlı məqalədə yazılıb.

Məqalədə azərbaycanlı tələbənin təşəbbüsü və irəli sürdüyü layihə çərçivəsində Puatye şəhərində tələbə şəhərciyində yaşayan və COVID-19 epidemiyasına görə maddi çətinlikdə olan tələbələrə yardım edilib. E.Camalovun təşəbbüsü ilə şəhərdə hər axşam çörək mağazalarında satılmayan çörək və çörək məmulatları toplanaraq, maddi çətinliyi olan tələbələrə verilir. Beləliklə, həm çörək israfının qarşısı alınır, həm də çətinlik çəkən tələbələrə yardım edilir.

Azərbaycanlı tələbənin təşəbbüsü və layihəsi regional universitetlər mərkəzi tərəfindən təqdir edilib. Bu haqda regional mətbuat orqanlarında məlumat dərc edilib.

Xatırladaq ki, ötən il COVID-19 epidemiyasına görə tətbiq olunana karantin rejimi dövründə E. Camalovun ahıllara yardımla bağlı irəli sürdüyü layihə də uğur qazanmışdır. /azertag.az/

# 3314 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış sosial media fenomeni həbs olundu

Tanınmış sosial media fenomeni həbs olundu

18:46 27 noyabr 2026
“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək

“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək

18:23 27 noyabr 2026
“Aclıq oyunları”nın yeni filmi 225 milyon dollar gəlir əldə etdi

“Aclıq oyunları”nın yeni filmi 225 milyon dollar gəlir əldə etdi

17:58 27 noyabr 2026
Kino tarixinin yaddaqalan səhnələrini göstərən sərgi açıldı

Kino tarixinin yaddaqalan səhnələrini göstərən sərgi açıldı

17:19 27 noyabr 2026
Məşhur türkiyəli jurnalistlər saxlanıldı - Səbəb

Məşhur türkiyəli jurnalistlər saxlanıldı - Səbəb

16:37 27 noyabr 2026
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkənlərin məhkəməsi başladı

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkənlərin məhkəməsi başladı

15:52 27 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər