Çingiz Abdullayev Lotu Qulidən danışdı : “Elə mövzudur ki...”

Çingiz Abdullayev Lotu Qulidən danışdı : “Elə mövzudur ki...”
28 avqust 2020
# 11:59

“Lotu Quli” kimi tanınan “qanuni oğru” Nadir Səlifovun Antalyada qətlə yetirilməsi səs-küysüz ötüşməyib. Artıq bir neçə gündür ki, insanlar ölkənin siyasi sferasında baş verən hadisələrlə yanaşı, kriminal mövzunu da gündəmdən saxlayırlar. Hətta YouTube trendinin ilk sıralarında uzun müddətdir ki, Lotu Quli ilə bağlı videolar yer alır.

Maraqlıdır, insanların kriminal avtoritetlərə böyük maraq göstərmə səbəbi nədir?

Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev açıqlamasında bildirib ki, bu tip mövzulara böyük simpatiya ola bilməz. Kriminal avtoritetlərə hazırkı marağın səbəbi isə məsələ ətrafında çoxlu yazıların yazlmasıdır:

“Həm mətbuat, həm sosial şəbəkələr o qədər yazıb ki, hər kəs bunu oxuyub bilmək istəyir. Amma böyük bir simpatiya ola bilməz. Çünki hələ 90-cı illərdə ümummilli lider Heydər Əliyev sabiq daxili işlər naziri Ramil Usubova göstəriş vermişdi ki, Azərbaycanda kriminal avtoritet qalmamalıdır. Bunu mənə nazir özü danışıb. Deyiləni yerinə yetirdilər və o vaxtdan Azərbaycanda kriminal avtoritetlər qalmayıb. Ona görə də hazırda bu barədə nə qədər çox yazılsa, o qədər də maraq olacaq. Bu, elə mövzudur ki, hamıda maraq oyadır, Sovet vaxtında da belə maraq olub. İntriqalar insana maraqlı gəlir, düşünürlər ki, görəsən, hansı səbəblə, necə baş verib?! Xüsusi bir dünyadır və bu dünya insanları cəlb edir. Amma hər kriminal əhvalatların arxasında insanlar durur, faciələr dayanır”.

Çingiz Abdullayev qeyd edib ki, bəzən insanlar özləri də istəmədən mövzunu reklam edirlər:

“Bu kimi təbliğatlar olanda qız və oğlanlar fikirləşir ki, bunların həyatı çox gözəldir, hər kəs onlardan qorxur, heç nə etmirlər, amma çox yaxşı yaşayırlar… 1990-cı illərdə Rusiyada sorğu keçirəndə qızların 70 faizi fahişə, oğlanların isə 70 faizi killer olmaq istədiklərini bildirirdilər. “Sən kim olmaq istəyirsən?”,- deyə sual verilirdi, qızlar deyirdi ki, mən “valyutnı” fahişə olmaq istəyirəm. Axı belə olmaz. Mən hər kitab yazanda birinci növbədə kitabın insanları yaxşılığa çağırmasına fikir verirəm”.

Həmsöhbətimiz kriminal mövzuya iki cür yanaşmanın olduğunu vurğulayıb:

“Bəziləri belə mövzulara toxunur ki, sensasiya olsun, tirajları artsın. Bəziləri isə bunları tənqid etmək məqsədi ilə yazırlar, bildirirlər ki, bu yolun sonu faciədir, belə olan halda, onlar cəmiyyətə yaxşı mesaj ötürür. Mənim kitablarım niyə 32 dilə tərcümə olunub? Hamısı dəli deyillər ki… Deyək ki, Azərbaycanda mənlə maraqlanırlar, bəs Argentina, yaxud Çində niyə məni oxuyurlar?Ona görə ki, mən insanları tərbiyə etməyə çalışıram. İnsanlara Allahın var olduğunu göstərmək istəyirəm. Bəziləri isə insanı iblis olmağa çağırır”. /yenisabah.az/

# 3208 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
# # #