Bakı kəndlərində nökərçilik etdi, bir qız onu acından ölməyə qoymadı, arvadının çarpayısına qızılgüllər səpdi – Mirzə İbrahimovdan 10 inanılmaz fakt

Bakı kəndlərində nökərçilik etdi, bir qız onu acından ölməyə qoymadı, arvadının çarpayısına qızılgüllər səpdi – Mirzə İbrahimovdan 10 inanılmaz fakt
28 oktyabr 2020
# 12:18

Mirzə İbrahimov 1911-ci il oktyabrın 28-də Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Eyvaq kəndində anadan olub. O, uşaq yaşlarında valideynlərini itirib. 3 yaşı olanda anası dünyasını dəyişib. Atası onu və böyük qardaşını götürüb Bakıya yollanıb. Burda da faciə baş verib. Neft buruqlarındakı fontanda atasını itirib. Mirzə harasa üzüqoylu düşüb əlacsızlıqdan ağlayıb. Onda gələcək yazıçının vur-tut 7 yaşı var idi...

***

Faciə zənciri bitmək bilmir. Qardaşı ilə iş üçün yola çıxan Mirzə yenə sarsıntı yaşayır. Zabrata çatanda Mirzənin qardaşı vəfat edir. O, həm aclığa, həm də yolun yorğunluğuna dözə bilmir.

Mirzə İbrahimov bir bəyin yanında nökər olub. Bəyin qoyunlarını otarırmış... Bəyin bir oğlu, üç qızı varmış. Mirzə onların həyətindəki balaca əl evində, betonun üstündə ac-susuz yatırmış. Bəyin balaca qızı öz yeməyindən bir parça çörək, bir az da pendir gətirib ona verirmiş.

***

Aradan uzun illər keçir. Mirzə İbrahimov Nazirlər Sovetində sədr müavini işləyirmiş. Bir gün katibə deyir ki, yanına çadralı bir xanım gəlib, qucağında da uşaq. Mirzə İbrahimov qadını qəbul eləyir və gözlərinə inana bilmir; bu, bir vaxt ona pendir-çörək verən bəyin balaca qızıymış! Qız dərdini danışır, məlum olur ki, sovet hökuməti qurulanda atası ölkədən gedib, bacılarının hərəsi bir diyara düşüb, qardaşı da içkiyə qurşanıb? məhv olub. Mirzə İbrahimov ona əlindən gəldiyi qədər yardım edir. Bu hadisə ən ağır illərdə, 40-cı illərdə olur. Qadın Mirzə İbrahimova heç bir ünvan vermir, yenə gələcəm deyir, amma bir daha heç vaxt gəlmir.

“Gələcək gün” romanı, demək olar ki, avtobioqrafiyasıdır. Orda təsvir edilən bütün dəhşətlər, o cümlədən qadının aclıqdan öz uşağını yeməsi səhnəsi həqiqidir. Özü danışırmış ki, balaca və zəif olduğum üçün heç kim məni nökər də götürmürdü. Zabratdakı bəy razılaşanda o qədər sevinmişdim ki, Xalq yazıçısı adını alanda da, ən yüksək vəzifələrə təyin olunanda da bu qədər sevinməmişdim...

***

O, Azərbaycan SSR Ali Sovetinin sədri olanda 20 avqust 1956-cı ildə "Azərbaycan SSR-in dövlət dili haqqında Azərbaycan SSR-in Konstitusiyasına maddə əlavə edilməsi haqqında qanun"un qəbul etməsinə nail oldu. Burda məqsəd Azərbaycanda rəsmi dövlət sənədlərinin rus yox Azərbaycan dilinə yazılması, dövləd idarələrində doğma dildə danışılması məsələsi qaldırılırdı. Bu qanunun qəbulundan sonra Moskva ona düşmən kəsilir. O, həm vəzifəsini, həm də deputat mandatını itirir.

Nazim Hikmət Bakıya gələndə tələbələrdən biri soruşur:

- Ustad, əgər bir adam başqa dildə təhsil alırsa, evdə, işdə bu dildə danışırsa, bir sözlə, düşünəndə başqa dildə düşünürsə, onu azərbaycanlı hesab etmək olarmı?

Nazim Hikmət deyir:

- Çətindir.

Görüşdə iştirak edən Mirzə İbrahimovun isə reaksiyası daha kəskin olur:

- Belələri dönükdür, əclafdır!

Sonralar Mirzə İbrahimov bu məsələyə görə vəzifəsindən uzaqlaşdırılır, amma ittihamlar qarşısında Nazim Hikməti müdafiə edir. Onu satmır.

Mərkəzi Komitədə iclas vaxtı Mir Cəfər Bağırov deyir ki, Üzeyir Hacıbəyov da, Səməd Vurğun da xalq düşmənidir. Bu zaman Mirzə İbrahimov etiraz edib:

- Üzeyir Hacıbəyov necə vətən xainidir ki, “Koroğlu” operasını yazıb, Səməd Vurğun necə xalq düşmənidir ki, “Vaqif” dramını yazıb.

Bağırov əsəbləşir:

- Əyləş, sən də onların tayısan!

***

Dəfn günü Mirzə İbrahimovu məzara qoyanda bir qadının səsi gəlir: “Umer naş papa!” Mirzə İbrahimovun qızı maraqlanıb ki, bu kimdir. Qadın deyib ki, mən uşaq evində böyümüşəm, 50-ci illərdə Mirzə müəllim Ali Sovetin sədri olanda hər ay bizə pul, ərzaq malları göndərərdi. Biz onu “ata” deyə çağırardıq.

Mirzə İbrahimov evdə deyirmiş ki, yazılarımın qonorarı bizə bəs edir, maaşımı yetim uşaqlar üçün uşaq evlərinə köçürürəm.

Bu xatirəni yazıçının qızı Sevda İbrahimova danışır:

Ana ilk azərbaycanlı pianoçu qadın idi. Uzun müddət atama “yox” deyib. Anam ağır adam idi. Cavabı buna görə ləngiyirdi. Anamın da razılığını Səməd Vurğun alır. Deyib, bəsdir də, ay Sara bacı, bizim yazıçını incitmə. Onlar hamısı evli idi – Səməd Vurğun, Rəsul Rza, Sabit Rəhman... Bircə atam qalmışdı. Anamı çox sevirdi. Rəhmətə gedəndən sonra bağdakı yatağını yığışdırmağa qoymadı. Hər gedəndə o çarpayının üstünə qızılgüllər səpərdi”.

***

Ömrünün sonlarında əlindən “Qurani-Kərim” düşməyən yazıçının ən böyük arzusu qızını Cənubi Azərbaycandakı kəndlərinə aparmaq olub. Lakin, çox arzulasa da, buna imkan olmayıb. Dövlət xətti ilə Cənubi Azərbaycana getsə də, doğulduğu Sərab kəndinə heç vaxt gedə bilmir. Vəfat edəndən sonra qızı ora gedir və Sərabdan torpaq gətirib atasının qəbrinə səpir.

# 11228 dəfə oxunub

Oxşar xəbərlər

Fiziki sınaqlar qarşısında mənəvi ucalıq - Cüzeppe Çezarinin şah əsəri

Fiziki sınaqlar qarşısında mənəvi ucalıq - Cüzeppe Çezarinin şah əsəri

09:30 3 iyul 2026
“Shahin Novrasli” - 5-ci beynəlxalq musiqi festivalı başlanır

“Shahin Novrasli” - 5-ci beynəlxalq musiqi festivalı başlanır

09:00 3 iyul 2026
D'Artanyanın qalıqları tapıldı? - Niderlandda aşkarlanan sümüklərin sirri

D'Artanyanın qalıqları tapıldı? - Niderlandda aşkarlanan sümüklərin sirri

17:42 2 iyul 2026
"O, lap əvvəldən bizimlə idi" - Tramp ən çox sevdiyi mahnının müəllifindən danışdı

"O, lap əvvəldən bizimlə idi" - Tramp ən çox sevdiyi mahnının müəllifindən danışdı

17:00 2 iyul 2026
Milli Xalça Muzeyində moda nümayişi  -  “Zamanın naxışları”

Milli Xalça Muzeyində moda nümayişi - “Zamanın naxışları”

16:30 2 iyul 2026
Qurani-Kərimi təhqir edən komediyaçı hava limanında saxlanıldı

Qurani-Kərimi təhqir edən komediyaçı hava limanında saxlanıldı

16:00 2 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər