Azərbaycan mahnılarının yapon ifaçısı mükafata layiq görüldü

Azərbaycan mahnılarının yapon ifaçısı mükafata layiq görüldü
13 yanvar 2020
# 15:20

Yaponiyada, həm də Azərbaycan mahnılarının ifaçısı kimi tanınmış xanım Kyoko Yamamota “Japan Jaz Vocal” mükafatına layiq görülüb.

Kulis.az xəbər verir ki, mükafatın təqdim edilməsi mərasimində Yaponiyanın tanınmış caz musiqisi ifaçıları və sənətsevərlərlə yanaşı, Azərbaycanın Yaponiyadakı Səfirliyinin əməkdaşları, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin üzvləri də iştirak ediblər.

Bildirilib ki, “Japan Jaz Vocal” mükafatı “Jazz World” qəzeti tərəfindən Yaponiyada caz sənətinin inkişafı məqsədilə 1985-ci ildə təsis edilib. Caz vokal sənətinin inkişafına xidmət edən bu müsabiqədə “Grand Priz” mükafatı ilə yanaşı, “Yeni ifaçı”, “Həvəsləndirici” və “Xüsusi” adlı mükafatlar da təqdim edilir.

Sonra mükafata layiq görülən sənətçilərin ifasında caz musiqisi nümunələri səsləndirilib. “Grand Priz” mükafatına layiq görülən Kyoko Yamamotanın çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Onun ifasında səslənən “İspaniya”, “Volare” mahnıları və Azərbaycan dilində “Sarı gəlin” xalq mahnısı tamaşaçıların alqışları və rəqsləri ilə müşayiət olunub.

“Sarı gəlin” mahnısını ifa etməzdən əvvəl tamaşaçılara Azərbaycan haqqında məlumat verən yapon müğənni bildirib ki, bu ölkə həm qədim və zəngin mədəniyyəti, həm də müasir inkişafı ilə onu görənləri heyran edir. Qeyd edib ki, özünəməxsusluğu ilə seçilən Azərbaycan mahnıları dinləyicilərin zövqünü oxşamaqla yanaşı, onlara dərin, romantik hisslər aşılayır. Buna görə də o,

Azərbaycan mahnılarını böyük məmnuniyyətlə öz repertuarına daxil edir.

Tokioda yaşayan azərbaycanlı rəqqasə Dilarə Qazıyevanın müşayiəti ilə ifa edilən “Sarı gəlin” mahnısı sürəkli alqışlarla qarşılanıb.

Gallery

Yaponiyada yaşayan azərbaycanlıların onun “Japan Jaz Vocal” mükafatına layiq görülməsinə göstərdikləri diqqətə görə minnətdarlığını bildirən K.Yamamota bildirib ki: “Azərbaycanın çox gözəl və rəngarəng musiqisini böyük məhəbbətlə sevirəm. Bu musiqi dərin çalarları ilə məni valeh edib. Azərbaycan musiqisi ilə yanaşı, həm də Azərbaycan narını Yaponiyada təmsil etmək mənim üçün çox qürurvericidir. Çalışacağam ki, bundan sonra sizin musiqinizi daha böyük həvəslə təmsil edim, yapon dinləyicilərə sevdirim. Yaşasın Azərbaycan - Yaponiya dostluğu”./azertag.az/

# 3285 dəfə oxunub

Oxşar xəbərlər

Rəşad Məcidə ağır itki üz verdi

Rəşad Məcidə ağır itki üz verdi

10:33 15 noyabr 2026
Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər