“80-i haqlamışam, mükafat verən yoxdur” - Dövlət sənətkara borcludurmu?

“80-i haqlamışam, mükafat verən yoxdur” - Dövlət sənətkara borcludurmu?
26 dekabr 2025
# 16:59

Kulis.az Yalçın İslamzadənin yeni yazısını təqdim edir.

Keçmiş idmançıdır, deyir "Artıq məni iclaslara çağırmırlar, qərar alanda fikrimi soruşmurlar, xəstələnirəm, müalicə etmirlər".

Xalq artistidir, 50 il aktiv fəaliyyəti olub, deyir, "80-i haqlamışam, 10 ildir pensiyadayam, itirib-axtaran, mükafat verən yoxdur, jurnalistlər məndən müsahibə götürmürlər".

Sabiq-tanınmış müğənnidir, deyir "Dövlət mənim müalicəmi öz üzərinə götürsün, mənimlə maraqlanan yoxdur, həkimə xərcim çıxır".

Sosial şəbəkə sakinləri də intensiv şəkildə belə çıxışları dəstəkləyirlər, "Dövlət meyxananı qorumalıdır, artistə-müğənniyə heykəl qoymalıdır, yüksək təqaüd verməlidir vs". Desən ki, sənətkarın tamaşasına get ona dəstək ol, deyəcək "Yox, mənim sənətlə işim yoxdur, sosial şəbəkədə artistlik edirəm, dövlət etməlidir".

Jurnalistlərdən dəstək gözləyənlərin mütləq əksəriyyəti ömründə qəzetə 40 qəpik verməmiş şəxslərdir. İşləri qaydasında olanda, heç kimin yadına şikayət etmək düşməyib.

Deməyiblər ki, dövlətin normal pensiya siyasəti olmalıdır, hamı üçün.

Vəziyyətləri yaxşı olanda susublar, vəziyyətləri çətinləşəndə özlərinə fərdi qayğı tələb edirlər.

SSRİ idarəetməsi sənəti alət kimi istifadə etdi, "İnsanları kolxozda-sovxozda-tarlada səhərdən axşama qəpik-quruşa işləməyə necə təşviq edək?"

Üsullardan biri qızmar günəş altında tarlada zülüm çəkən insanın xoşbəxt obrazını yaratmaq idi. "İnsanlar gülərək-oynayaraq pampıq yığırlar və bu həyatlarının ən mənalı fəaliyyətidir. "

İkinci üsul n qədər orden-medal, qramota, fəxri-fərman, bayraq-plakat təsis etmək idi. O dəmir-dümürə çəkilən xərci mükafat kimi versələrdi, zəhmətkeşə daha faydalı olardı.

Köhnə sənətkarlar daxili motivasiya ilə hobbiləri ilə məşğul ola bilmirlər, çünki yoxdur.

Sovet insanı anlamışdı ki, sovet sənəti onlar üçün tələdir, onları aldadıb daha çox istismar etməyə və istismar olunmağı sevməyə hesablanıb. Ona görə də özlərinə maraqlı olan sənətlə maraqlanırdılar, Qərb estradası və ya hind kinosu.

Zəhmətkeşləri istismar etmək üçün faydalı vasitə hesab etdikləri sənətlərin icraçılarına, sənətkarlara zəhmətkeşdən qat-qat artıq ödəniş edirdilər. Vasitəçi icraçıdan daha yaxşı yaşayırdı və ələbaxan öyrənirdi.

# 1570 dəfə oxunub

Oxşar xəbərlər

Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

15:52 22 iyun 2026
Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı  adına layiq görüldü

Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı adına layiq görüldü

14:30 22 iyun 2026
Bülbül:  Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

Bülbül: Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

14:00 22 iyun 2026
Xaqani Şirvaniyə həsr olunan elektron məlumat bazası hazırlandı

Xaqani Şirvaniyə həsr olunan elektron məlumat bazası hazırlandı

13:43 22 iyun 2026
"Mən kainatın pıçıltılarını kağıza köçürən qələməm..." - Şandor Vöröş kim idi?

"Mən kainatın pıçıltılarını kağıza köçürən qələməm..." - Şandor Vöröş kim idi?

13:30 22 iyun 2026
Məşhur aktyor İslamı qəbul etdi

Məşhur aktyor İslamı qəbul etdi

11:20 22 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər