“80-i haqlamışam, mükafat verən yoxdur” - Dövlət sənətkara borcludurmu?

“80-i haqlamışam, mükafat verən yoxdur” - Dövlət sənətkara borcludurmu?
26 dekabr 2025
# 11:08

Kulis.az Yalçın İslamzadənin yeni yazısını təqdim edir.

Keçmiş idmançıdır, deyir "Artıq məni iclaslara çağırmırlar, qərar alanda fikrimi soruşmurlar, xəstələnirəm, müalicə etmirlər".

Xalq artistidir, 50 il aktiv fəaliyyəti olub, deyir, "80-i haqlamışam, 10 ildir pensiyadayam, itirib-axtaran, mükafat verən yoxdur, jurnalistlər məndən müsahibə götürmürlər".

Sabiq-tanınmış müğənnidir, deyir "Dövlət mənim müalicəmi öz üzərinə götürsün, mənimlə maraqlanan yoxdur, həkimə xərcim çıxır".

Sosial şəbəkə sakinləri də intensiv şəkildə belə çıxışları dəstəkləyirlər, "Dövlət meyxananı qorumalıdır, artistə-müğənniyə heykəl qoymalıdır, yüksək təqaüd verməlidir vs". Desən ki, sənətkarın tamaşasına get ona dəstək ol, deyəcək "Yox, mənim sənətlə işim yoxdur, sosial şəbəkədə artistlik edirəm, dövlət etməlidir".

Jurnalistlərdən dəstək gözləyənlərin mütləq əksəriyyəti ömründə qəzetə 40 qəpik verməmiş şəxslərdir. İşləri qaydasında olanda, heç kimin yadına şikayət etmək düşməyib.

Deməyiblər ki, dövlətin normal pensiya siyasəti olmalıdır, hamı üçün.

Vəziyyətləri yaxşı olanda susublar, vəziyyətləri çətinləşəndə özlərinə fərdi qayğı tələb edirlər.

SSRİ idarəetməsi sənəti alət kimi istifadə etdi, "İnsanları kolxozda-sovxozda-tarlada səhərdən axşama qəpik-quruşa işləməyə necə təşviq edək?"

Üsullardan biri qızmar günəş altında tarlada zülüm çəkən insanın xoşbəxt obrazını yaratmaq idi. "İnsanlar gülərək-oynayaraq pampıq yığırlar və bu həyatlarının ən mənalı fəaliyyətidir. "

İkinci üsul n qədər orden-medal, qramota, fəxri-fərman, bayraq-plakat təsis etmək idi. O dəmir-dümürə çəkilən xərci mükafat kimi versələrdi, zəhmətkeşə daha faydalı olardı.

Köhnə sənətkarlar daxili motivasiya ilə hobbiləri ilə məşğul ola bilmirlər, çünki yoxdur.

Sovet insanı anlamışdı ki, sovet sənəti onlar üçün tələdir, onları aldadıb daha çox istismar etməyə və istismar olunmağı sevməyə hesablanıb. Ona görə də özlərinə maraqlı olan sənətlə maraqlanırdılar, Qərb estradası və ya hind kinosu.

Zəhmətkeşləri istismar etmək üçün faydalı vasitə hesab etdikləri sənətlərin icraçılarına, sənətkarlara zəhmətkeşdən qat-qat artıq ödəniş edirdilər. Vasitəçi icraçıdan daha yaxşı yaşayırdı və ələbaxan öyrənirdi.

# 166 dəfə oxunub

Oxşar xəbərlər

Filarmoniyada bayram konserti təşkil olundu

Filarmoniyada bayram konserti təşkil olundu

12:40 26 dekabr 2025
AYB-nin Güney Azərbaycan ədəbiyyatı komissiyasının yeni tərkibi - Tam siyahı

AYB-nin Güney Azərbaycan ədəbiyyatı komissiyasının yeni tərkibi - Tam siyahı

12:24 26 dekabr 2025
Rafiq Quliyev:  “Filmlərimizin 90 faizi qeyri-səmimidir” - Müsahibə

Rafiq Quliyev: “Filmlərimizin 90 faizi qeyri-səmimidir” - Müsahibə

12:00 26 dekabr 2025
“İçərişəhər”  Qoruğunun yenilənmiş veb-saytı istifadəyə verildi

“İçərişəhər” Qoruğunun yenilənmiş veb-saytı istifadəyə verildi

11:54 26 dekabr 2025
Qızı gözünün qabağında qətlə yetirilən Xalq artisti

Qızı gözünün qabağında qətlə yetirilən Xalq artisti

11:00 26 dekabr 2025
İlhamə Qasımova:  "Rihannanın mahnısı olmasaydı, Almaniyada uğurum daha böyük ola bilərdi" - Müsahibə

İlhamə Qasımova: "Rihannanın mahnısı olmasaydı, Almaniyada uğurum daha böyük ola bilərdi" - Müsahibə

10:57 26 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər