“İçərişəhər” Qoruğunun yenilənmiş veb-saytı istifadəyə verildi

“İçərişəhər”  Qoruğunun yenilənmiş veb-saytı istifadəyə verildi
26 dekabr 2025
# 11:54

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi müasir texnologiyalar əsasında hazırlanmış yeni rəsmi veb-saytı ictimaiyyətin istifadəsinə verib.

Kulis.az xəbər verir ki, həm funksionallığı, həm də dizayn baxımından innovativ tələblərə uyğunlaşdırılaraq proqram təminatı və tərtib olunan alqoritm əsasında yenilənən saytda müasir iş prinsipləri və yeniliklər tətbiq edilib.

Belə ki, sözügedən internet resursunda abidələr və muzeylər üzrə ətraflı və strukturlaşdırılmış məlumat bazası və həmçinin İçərişəhər ərazisində keçiriləcək tədbirlər haqqında müasir təqvim sisteminə əsaslanaraq tam və aktual məlumat bazası yerləşdirilib. Hər bir istifadəçi təqvimə keçid edərək tədbirlərin formatından asılı olaraq maraq doğuran proqramda iştirak edə, gələcək layihələr haqqında məlumat ala bilər. Yeni sayt sadə və müasir interfeysi sayəsində istifadəçilərə məlumatlara asan və sürətli çıxış imkanı yaratması ilə yanaşı, çoxdilli dəstək funksiyası veb-saytı Azərbaycan və ingilis dillərində istifadə oluna bilən əlçatan platformaya çevirir.

Saytla ünvanına keçid edərək yaxından tanış olmaq mümkündür.

# 1417 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış sosial media fenomeni həbs olundu

Tanınmış sosial media fenomeni həbs olundu

18:46 27 noyabr 2026
“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək

“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək

18:23 27 noyabr 2026
“Aclıq oyunları”nın yeni filmi 225 milyon dollar gəlir əldə etdi

“Aclıq oyunları”nın yeni filmi 225 milyon dollar gəlir əldə etdi

17:58 27 noyabr 2026
Kino tarixinin yaddaqalan səhnələrini göstərən sərgi açıldı

Kino tarixinin yaddaqalan səhnələrini göstərən sərgi açıldı

17:19 27 noyabr 2026
Məşhur türkiyəli jurnalistlər saxlanıldı - Səbəb

Məşhur türkiyəli jurnalistlər saxlanıldı - Səbəb

16:37 27 noyabr 2026
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkənlərin məhkəməsi başladı

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkənlərin məhkəməsi başladı

15:52 27 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər