Qızıl Portağal Film Festivalının qalibləri bəlli oldu

Qızıl Portağal Film Festivalının qalibləri bəlli oldu
2 noyabr 2026
# 15:00

63-cü Beynəlxalq Antalya Qızıl Portağal Film Festivalı yekunlaşıb.

Kulis.az xəbər verir ki, təntənəli mərasim Türkiyənin Antalya şəhərindəki "Cam Piramit" mərkəzində təşkil olunub.

Festivalın əsas qalibi altı mükafat, o cümlədən "Ən yaxşı film" mükafatını qazanan, Raqıp Türkün rejissorluq etdiyi "Taş ve Tüy" ekran əsəri olub.

Rejissor Yeşim Ustaoğlunun "Artakalan" filmi isə "Ən yaxşı rejissor" başda olmaqla dörd fərqli nominasiyada qalib olub.

Qaliblərin siyahısında tanınmış aktyorlar da yer alıb:

Ən yaxşı aktrisa: Öykü Karayel ("Artakalan")

Ən yaxşı aktyor: Mehmet Günsür və Mert Fırat ("Hakikatin Ölümü" - Hüseyin Karabey)

Ən yaxşı köməkçi aktrisa: Duyğu Köse ("Bir Anne Hakkında")

Ən yaxşı köməkçi aktyor: İlhan Şen və Erol Babaoğlu ("Cinlerin Düğünü")

Münsiflər heyətinin sədri Derviş Zaim çıxışında kinosənətinin ictimai problemləri işıqlandırmaq gücünü vurğulayaraq gələcək festivallarda səs dizaynı, qrim və geyim kateqoriyalarında da mükafatların təsis olunmasını təklif edib.

# 140 dəfə oxunub

Oxşar xəbərlər

"Şimal qadınları və ezoterizm"  adlı sərgi açıldı

"Şimal qadınları və ezoterizm" adlı sərgi açıldı

15:30 2 noyabr 2026
Əsl ömür insanların yaddaşında qalan izlərlə ölçülür... - Məcid Rəşadətoğlu

Əsl ömür insanların yaddaşında qalan izlərlə ölçülür... - Məcid Rəşadətoğlu

14:00 2 noyabr 2026
Mikayıl Ruhandın "Qapı" kitabının imza günü olacaq

Mikayıl Ruhandın "Qapı" kitabının imza günü olacaq

13:30 2 noyabr 2026
Türkiyədə 4-cü İbero-Amerika Yazıçılar Görüşü  keçiriləcək

Türkiyədə 4-cü İbero-Amerika Yazıçılar Görüşü keçiriləcək

12:30 2 noyabr 2026
"İrəvan Qazılığının tarixi" kitabının təqdimat mərasimi keçirildi

"İrəvan Qazılığının tarixi" kitabının təqdimat mərasimi keçirildi

12:10 2 noyabr 2026
“PUBG” serialı çəkilir:  Donald Qlover həm oynayacaq, həm də rejissor olacaq

“PUBG” serialı çəkilir: Donald Qlover həm oynayacaq, həm də rejissor olacaq

12:00 2 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər