2026-cı ilin “Buker” mükafatına namizədlər məlum oldu – Siyahı

2026-cı ilin “Buker” mükafatına namizədlər məlum oldu – Siyahı
28 iyul 2026
# 18:46

Ən nüfuzlu ədəbiyyat mükafatlarından biri olan “Buker”in uzun siyahısı açıqlanıb.

Kulis.az xəbər verir ki, mükafatın builki siyahısına Elizabet Strout, Duqlas Stüart, Marlon Ceyms və Rebekka Perri kimi tanınmış yazıçılar daxil ediliblər.

Seçilən 13 kitaba “Mexiko”, “Ucqar Şotlandiya adası”, “Sürixdəki intihar klinikası”, “1980-ci illərin Yamaykası” və 2024-cü il ABŞ seçkilərindən əvvəlki Massaçusetsdə cərəyan edən hadisələrdən bəhs edən romanlar daxildir.

Münsiflər heyətinin sədri Meri Börd bu 13 romanı "dinamit" kimi xarakterizə edərək əlavə edib:

"Əminik ki, uzun siyahımızda yer alan kitablar hər kəs üçün nələrsə vəd edəcək. Siyahıdakı hər bir yazıçı oxucunu yeni yerlərə aparmaq, köhnə yerlərə yeni bucaqlardan baxmaq və düşüncələri dəyişdirmək üçün səhifədəki sözlərin gücünü ustalıqla səfərbər edir. Kitablar sadəcə bizi özümüzə əks etdirən güzgü deyil. Bədii ədəbiyyatın bir çox mühüm cəhətlərindən biri də odur ki, o, bizə özümüz olmamağa, başqalarının baxış bucaqlarını anlamağa və dünyanı fərqli görməyə kömək edir".

2026-cı il “Buker” mükafatının uzun siyahısı belədir:

  • Kloe Aridcis – “The Shadow of the Object”

  • Emma Klayn – “Switzy”

  • Makenna Qudman – “Helen of Nowhere”

  • M. Con Harrison – “The End of Everything”

  • Marlon Ceyms – “The Disappearers”

  • Luk Kennard – “Black Bag”

  • Kənan Orxan – “The Renovation”

  • Rebekka Perri – “May We Feed the King”

  • Qvendolin Rayli – “The Palm House”

  • Elizabet Strout – “The Things We Never Say”

  • Duqlas Stüart – “John of John”

  • Dyamel Vayt – “All Them Dogs”

  • Missuri Uilyams – “The Vivisectors”

"Buker" münsifləri builki mükafat üçün son 13 kitabı seçməzdən əvvəl 163 müraciət qəbul ediblər. Uzun siyahı sentyabrın 22-də qısa siyahıya endiriləcək, qalib isə noyabrın 9-da elan olunacaq.

Qısa siyahıya düşən altı müəllifin hər biri 2 500 funt-sterlinq pul mükafatı və kitablarının xüsusi cildlənmiş nüsxəsini alacaq, yekun qalib isə kubok və 50 000 funt-sterlinq pul mükafatı qazanacaq.

Hər il təqdim olunan "Buker" mükafatı ingilis dilində yazılmış, Böyük Britaniya və ya İrlandiyada nəşr olunmuş, istənilən millətdən olan yazıçının irihəcmli bədii əsərlərini qiymətləndirən ədəbiyyat dünyasının ən nüfuzlu mükafatıdır.

Xatırladaq ki, ötənilki "Buker" mükafatını britaniyalı-macar yazıçı Devid Salay "Flesh" romanı ilə qazanmışdı.

# 357 dəfə oxunub

Oxşar xəbərlər

Yenilikçi tarzən - Şəhid generalımız Polad Həşimov onun hansı mahnısını çox sevirdi?

Yenilikçi tarzən - Şəhid generalımız Polad Həşimov onun hansı mahnısını çox sevirdi?

10:00 16 avqust 2026
Donan vicdan - Yeni hekayə

Donan vicdan - Yeni hekayə

13:45 15 avqust 2026
“Kapellhaus Garden Hall”ın təqdimatında klassik musiqi axşamı

“Kapellhaus Garden Hall”ın təqdimatında klassik musiqi axşamı

11:00 15 avqust 2026
"Elə yaşamalısan ki, hətta əclafların da yadında qalasan..." - Məşhur aktrisadan aforizmlər

"Elə yaşamalısan ki, hətta əclafların da yadında qalasan..." - Məşhur aktrisadan aforizmlər

10:30 15 avqust 2026
Əkbər Qoşalının “Yol səni səslər”  şeirlər kitabı rus dilində nəşr olundu

Əkbər Qoşalının “Yol səni səslər” şeirlər kitabı rus dilində nəşr olundu

10:15 15 avqust 2026
Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya -  Prezident Kitabxanasında

Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya - Prezident Kitabxanasında

17:30 14 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər