2025-ci il üzrə “Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsi elan edildi

2025-ci il üzrə  “Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsi elan edildi
8 avqust 2025
# 12:23

Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) 2025-ci il üzrə “Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsi elan edib.

Kulis.az xəbər verir ki, müsabiqəyə müraciətlərin qəbulu sentyabrın 1-dən başlayacaq.

Milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında və təbliğində, milli və vətənpərvərlik ruhunun formalaşmasında əhəmiyyətli rol oynayan, milli kimliyi bədii təsirli forma və nümunəvi obrazlarla nümayiş etdirən filmlərin istehsalının maliyyələşdirilməsi, eləcə də kino sənayesinin və müvafiq sahə ilə bağlı olan özəl sektor nümayəndələrinin dəstəklənməsi məqsədilə təşkil olunan müsabiqədə tammetrajlı bədii filmlərin qəbulu həyata keçiriləcəkdir.

Müsabiqə bu mövzuları əhatə edir:

• Məşhur xadim (mədəni, ədəbi, siyasi, idman və s.) haqqında;

• Tarixi Azərbaycan dövləti və ya tarixi hadisə haqqında;

• Azərbaycan nağıl və ya dastanlarının motivləri əsasında;

• Müasir innovasiya hadisələrinin qəhrəmanları haqqında;

• Azərbaycan tarixində iz qoyan qadınlar haqqında;

• Vətən Müharibəsi qəhrəmanlarının timsalında Vətən müharibəsi haqqında;

• Klassik Azərbaycan filmlərinin müasir dövrümüzə uyğunlaşdırılması;

• Qəhrəmanı uşaq olan və uşaqlara xitab edən film;

• Musiqili janrda film;

• Mozalanın 55 illiyinə həsr olunmuş aktual satirik janrda film.

Müsabiqədə Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və kinematoqrafiya sahəsində fəaliyyət göstərən hüquqi şəxslər Azərbaycan dilində təqdim etdiyi film layihələri ilə iştirak edə bilərlər.

Müsabiqənin reqlamenti ilə ARKA-nın rəsmi internet səhifəsində tanış olmaq mümkündür.

# 1138 dəfə oxunub

Oxşar xəbərlər

Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

14:50 26 avqust 2026
Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

13:50 26 avqust 2026
Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

13:30 26 avqust 2026
Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

13:10 26 avqust 2026
"The Odyssey" rekordları qırmaqda davam edir

"The Odyssey" rekordları qırmaqda davam edir

12:10 26 avqust 2026
Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

11:10 26 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər