1-ci Uşaq Teatr Festivalı başlayır!

1-ci Uşaq Teatr Festivalı başlayır!
16 dekabr 2024
# 17:30

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə 2025-ci ilin martın 10-dan 17-dək Milli Teatr Gününün 152-ci ildönümü münasibətilə 6-14 yaş arası uşaqlar üçün "1-ci Uşaq Teatr Festivalı" keçiriləcək.

Kulis.az xəbər verir ki, tədbir Azərbaycan xalq nağıllarının yaşadılması və yeni nəsilin mədəniyyətə marağının artırılması məqsədini daşıyır.

Festival çərçivəsində 15 komanda iştirak edəcək, hər bir komanda 10 nəfərlik heyəti keçmədən iştirak edə bilər. Komandalar tərəfindən təqdim olunacaq tamaşalar 20-35 dəqiqə davam edəcək və yalnız Azərbaycan xalq nağılları əsasında hazırlanacaq. Bu yanaşma, uşaqların milli irsimizə bağlılığını möhkəmləndirməklə yanaşı, onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməyə imkan yaradacaq.

Festivalın məqsədi mədəni irsimizi qorumaqla yanaşı, uşaqlara komanda şəklində işləmə bacarıqları qazandırmaq, səhnə mədəniyyəti ilə tanış olmalarına və öz istedadlarını nümayiş etdirmələrinə şərait yaratmaqdır.

Layihənin dəstəkçiləri və tərəfdaşları olan Kinderland, Ailəm Electronics və Ulu Çap mətbəəsi festivalın təşkilinə öz töhfələrini veriblər. Onların dəstəyi ilə bu festival gələcəkdə uşaqlar üçün mədəniyyətin ayrılmaz hissəsinə çevriləcək bir ənənə olacaq.

Layihənin ideya müəllifi Azərbaycan İncəsənət Məktəbinin direktoru Tural Əliyev, layihənin rəhbəri Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzin metodisti Dağlar Yusif Əfəndi, layihənin bədii rəhbəri Azərbaycan İncəsənət Məktəbinin təsisçisi Fərid Bağırov və layihənin kordinatoru Azərbaycan İncəsənət Məktəbinin meneceri Rübabə Hüseynovadır.

Azərbaycan İncəsənət Məktəbi festivalın təşkilində mühüm rol oynayaraq uşaqların yaradıcılıq potensialının üzə çıxarılması və mədəni irsimizin təbliği işinə töhfə verir. Məktəb həmçinin bu layihə vasitəsilə uşaqların teatr sənətinə olan marağını artırmağı hədəfləyir.

Festivalda iştirak etmək istəyən komandalar üçün qeydiyyat prosesi artıq başlamışdır. Qeydiyyat üçün link: https://forms.gle/gRJWBkywiqdKxxjh8

Əlaqə: +994776074049

Qeyd edək ki, festivalın əsas media dəstəkçisi Kulis.az saytıdır.

# 3208 dəfə oxunub

Oxşar xəbərlər

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov”  adlı elektron məlumat bazası hazırlandı

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov” adlı elektron məlumat bazası hazırlandı

18:30 12 oktyabr 2026
Fransada oğurlanmış iki əsər tapıldı

Fransada oğurlanmış iki əsər tapıldı

18:00 12 oktyabr 2026
Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

17:30 12 oktyabr 2026
Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

17:15 12 oktyabr 2026
Gül Mery:  "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

Gül Mery: "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

16:45 12 oktyabr 2026
Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

16:30 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər