Cənab “copy-paste”
22 sentyabr 2011
20:00
Azərbaycan mətbuatının mətbəxində olanlar plagiatlıqla məşğul olanlar jurnalistləri tanıyır.
Jurnalistikada bu geniş yayılmış problemdir. Bəzən jurnalistlər əziyyət çəkməmək üçün internet vasitəsilə işlədikləri mövzulara aid köhnə materialları tapıb öz yazılarına əlavə edirlər.
Bəzən əvvəl yazdığı yazının böyür-başını düzəldib digər qəzetlərə ötürənlər də olur. Hətta elələri də olur ki, başqalarının yazılarını olduğu kimi digər qəzetlərə öz yazısı kimi təqdim edirlər.
Qəzetləri oxumayan redaktorları bu yolla aldatmaq asandır. Amma bəzən bu fırıldaqların üstü açılır…
Bu günlərdə dünya mətbuatı məhz belə bir hadisədən danışır.
Söhbət məşhur ingilis jurnalistinin başına gələnlərdən gedir.
Cohan Hari 2008-ci ildə siyasi yazılarına görə “Oruel” mükafatına layiq görüləndə “The Guardian” qəzeti İngiltərədəki medianın sol qanadının ulduz jurnalistini tərifləyən yazılar dərc edirdi.
Harinin Fələstin haqlarını müdafiə etməsi, amerikan radikal sağçılarının üstlərinə getməsi, Fransanın Mərkəzi Afrikadakı çirkli işlərini ortaya çıxarması, qadın və homoseksualların hüquqları uğrunda mübarizə aparması ona ölkəsinin ən yaxşı mükafatlarından birini qazandırmışdı.
Kembric Universitetinin məzunu olan 32 yaşlı jurnalistin adı-sanı artıq 10 ildir işlədiyi “The Independent” qəzetinə sığmırdı. Fələstindən Venesuelaya qədər bütün dünyanı gəzən Cohan Hari Dalay Lama, Toni Bleyr, Salman Rüşti kimi məşhurlardan müsahibə alıb, yazıları “The New York Times”, “Le Monde”, “The Nation”, “El Pais” kimi nüfuzlu qəzetlərdə yayımlanıb.
“Oruel” mükafatını alandan sonra onun haqqında yazırdılar: “O, cəsarətli müxbirdir. İti qələmi var. Analitik yazıları həqiqəti əks etdirir. Buna görə də bu mükafata layiqdir”.
Amma sən saydığını say, gör fələk nə sayır.
Bloglardan biri, bu ilin iyun ayında Harinin italiyalı marksist-filosof Antonio Neqridən aldığı müsahibənin bəzi hissələrini onun kitabından oğurladığını, müsahibənin bir parçası kimi təqdim etdiyi aşkarladı.
“The Independent” əvvəlcə öz yazarının arxasında dayansa da, söz-söhbətlər bitmirdi. Bunu görən qəzet rəhbərliyi məsələni araşdırmağa başladı.
Araşdırma 3 ay uzandı. Nəhayət, Harinin Huqo Çavesdən tutmuş Neqriyə qədər bir çox müsahibələrində kitablardan və başqa qəzetlərdə yayımlanan müsahibələrdən oğurluq etdiyi məlum oldu. Ulduz jurnalistin böyük sirri dünya mediasının gündəminə düşdü, amma məsələ bununla bitmədi. Sən demə, Harinin oğurluqdan başqa, bir “xəstəliyi” də varmış.
Hari Wikipediada “David Rose” təxəllüsü öz bioqrafiyasını şişirtmiş, yola getmədiyi yazarların tərcümeyi-hallarını qurcalamışdı.
Sentyabrın 15-də “The Independent”də yayımlanan yazısında sevmədiyi yazarlar haqqında “antisemit”, “homofobik”, “əyyaş” ifadələrini işlətdiyinə görə üzr istəyib: “Uşaq kimi davrandım. Çox utanıram”.
Hari yazısında oğurluğunu belə izah edib: “Müsahibələri çıxardanda baxırdım ki, bəzi hissələrini oxucu başa düşməyəcək. Belə vəziyyətlərdə müsahibə aldığım adamlar başqa müsahibələrində və ya kitablarında bu məsələ barəsində daha aydın şəkildə danışıbsa, ordan istifadə edirdim. Universitetdə jurnalistika təhsili almamışam, amma müsahibənin, qarşınızdakının düşüncələrinin rentgeni olmadığını bilməliydim”.
“The Independent” jurnalisti 2012-ci ilə qədər işdən uzaqlaşdıraraq jurnalistika təhsili almağa göndərib.
Hari poçtla “Oruel” mükafatını geri qaytarmaq məcburiyyətində qaldı.
Hari vida məktubunda yazırdı: “Uğrunda mübarizə apardığım mövzuları yarı yolda qoymaq məcburiyyətində qaldığım üçün çox üzgünəm”.
Hari yazır ki, qəzetçilik işinə qayıdandan sonra müsahibələrinin səs yazılarını da internetdə yerləşdirəcək.
“Məhkəmə” bitsə də, mediada hələ də Harinin necə “cəzalandırılması” barədə mübahisələr gedir. Harinin köhnə redaktoru Saymon Kelner deyir ki, “bu bir qalmaqal deyil, sadəcə, xətadır”.
Twitter-də 70 min adam tərəfindən izlənilən Hari haqqında haştaq açılıb: #interviewsbyhari (#harininmüsahibələri). Oxucular bu sözü yazaraq twitterdə onunla məzələnirlər. Bu da bir cür cəza növüdür.
Bəziləri isə yazır ki, Hari fırıldaqçı deyil, sadəcə, səfehdir.
Hari rəsmi şəkildə üzr istədikdən sonra susmaqda davam edir. Twitterdə əvvəllər son dərəcə aktiv olan yazar, qalmaqaldan sonra burda da heç nə yazmır.
Ona yazılan e-maillərə isə avtomatik cavab gəlir: “Bir müddət e-mailim-ə cavab verməyəcəm. İşlərimi qaydasına salmağa çalışıram. Sonra da xaricdə olacam. Geri döndükdən sonra mesajlarınızı oxuyub cavab verəcəm. Hörmətlə, Cohan”.
Görünür, səyahətdən qayıtdıqdan sonra Harinin cavab verəcəyi suallar çox olacaq.
Elmin HƏSƏNLİ
(Radikal qəzetinin materialı əsasında işlənilib)

1497 dəfə oxunub
Oxşar xəbərlər
“Sandıq” Milli Geyimlər Studiyasının açılış mərasimi keçirildi
17:37
26 noyabr 2024
“YARAT” “Özüm ilə təklikdə” plastik tamaşasını təqdim edir
16:48
26 noyabr 2024
Noyabrda... Cəbrayıla yaz gəlib! - 31 il uzanan səfər
15:16
26 noyabr 2024
74 yaşlı Xalq artisti sağalmaz xəstəlikdən əziyyət çəkir
15:04
26 noyabr 2024
Filippinli qonaq Ədəbiyyat Muzeyində
13:47
26 noyabr 2024
Azərbaycan mədəniyyəti və mətbəxi Fransadakı festivalda
12:54
26 noyabr 2024