“Ordumuz üçün yarat” layihəsi təqdim edildi

“Ordumuz üçün yarat” layihəsi təqdim edildi
3 oktyabr 2020
# 14:37

Oktyabrın 2-də Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyinin “Ordumuz üçün yarat” layihəsinin təqdimatı və “Evdə Qal Evdə Yarat” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov cəbhədə gedən döyüşlərə münasibətini bildirib.

Qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı, yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən Qarabağ münaqişəsinə qədər dövlət qeydiyyatına alınan 700-dən artıq tarix və mədəniyyət abidəsi erməni vandalizminin qurbanına çevrilib.

Azərbaycan xalqı müstəqillik tarixinin çox mühüm, taleyüklü, eyni zamanda şanlı, qalibiyyət soraqlı günlərini yaşayır. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xətti zonasında yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi növbəti dəfə intensiv atəşə tutmasına və təcavüzkar əməllərini davam etdirməsinə cavab olaraq Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə düşmənə qarşı indiyədək misli görünməmiş əks hücum əməliyyatına başlayıb. Müzəffər Ordumuz bütün cəbhə boyu işğalçı qüvvələrə sarsıdıcı zərbələr endirərək Vətən torpağını azad etməyə davam edir.

Bildirib ki, müstəqil dövlətimizin suverenliyi və ölkəmizin ərazi bütövlüyü üçün tarixi əhəmiyyət kəsb edən bu günlərdə Mədəniyyət Nazirliyi müzəffər Ordumuza dəstək olaraq, cəmiyyətdə vətənpərvərlik ruhunun daha da yüksəldilməsi, əsgər və zabitlərimizin döyüş meydanında yazdığı tarixin bədii yaddaşda, sənət əsərlərində yaşadılması, həmçinin illərdir işğal altında qalan, dağıdılıb talan edilən tarixi-mədəni irsimizi bir daha dünyaya tanıdılması məqsədilə silsilə layihələrin icrasına başlayıb.

Həyata keçiriləcək daha bir layihə “Ordumuz üçün yarat” aksiyasıdır deyən Anar Kəromov deyib ki, layihəyə qoşulacaq hər bir iştirakçı özünün əl işi, təsviri və dekorativ tətbiqi sənət əsərləri, digər nümunələrlə müzəffər Ordumuza sənət dəstəyini, eyni zamanda qabiliyyət və təxəyyülünü ifadə edə bilər. Layihə çərçivəsində ərsəyə gələcək əl işləri torpaqlarımızın bütövlüyünü qoruyan hərbçilərimizə ərməğan ediləcəkdir.

Sonra Anar Kərimov bu ilin mart ayında Nazirlik və “Kreativ Azərbaycan” portalı tərəfindən elan olunan “Evdə Qal Evdə Yarat” müsabiqəsindən söz açıb. Diqqətə çatdırıb ki, qısa zaman ərzində bu müsabiqəyə Azərbaycanda yerləşən bir sıra dövlət qurumları, qeyri hökumət təşkilatları dəstək olub. Müsabiqənin əsas şərti koronavirus infeksiyasının yayıldığı müddətdə vətəndaşlar tərəfindən evdə qalaraq yaradılan əl işləri, rəsm və musiqi əsərləri, dizayn, video, yazılı mətn, foto, yaradıcı texnologiya və s. kimi yaradıcılıq məhsullarının #evdəqalevdəyarat həştəqindən istifadə edərək öz səhifələrində paylaşmaqları idi.

Qeyd edilib ki, portalın “Facebook” və “Instagram” səhifələri üzərindən ölkəmizin regionları da daxil olmaqla 4500-dən artıq istifadəçi yaratdıqları müxtəlif məhsullar, əl işləri, rəsm əsərləri, musiqi parçaları, həmçinin ifaçılıq və bədii qiraət nümunələri ilə öz sosial şəbəkə səhifələrində paylaşımlar etməklə bu təşəbbüsə qoşulublar.

Bildirilib ki, bir sıra dövlət qurumları, qeyri-hökumət təşkilatları, Milli Məclisin deputatları, tanınmış incəsənət xadimləri, həmçinin böyük nüfuza, sosial statusa malik şəxslər, həmçinin, “Söz” ədəbi layihəsi də təşəbbüsə dəstək göstəriblər. "Evdə Qal Evdə Yarat" müsabiqəsi ümumilikdə 70 mindən çox insanı əhatə edib.

Sonda "Evdə Qal Evdə Yarat" müsabiqəsinin iştirakçıları xüsusi diplom və pul mükafatı ilə təltif olunub./azertag.az/

# 2179 dəfə oxunub

Oxşar xəbərlər

Səməd Vurğun  bu şeiri Cavidə yazıb: "...şarlatan"  - Azər Turanla müsahibə

Səməd Vurğun bu şeiri Cavidə yazıb: "...şarlatan" - Azər Turanla müsahibə

14:32 19 dekabr 2025
"Mənimlə təklikdə qalmaq istəyirsən?.." - Brejnev haqqında lətifələr

"Mənimlə təklikdə qalmaq istəyirsən?.." - Brejnev haqqında lətifələr

14:08 19 dekabr 2025
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir

Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir

13:51 19 dekabr 2025
“Asəf Zeynallı. Seçilmiş əsərlər”  kitabının təqdimatı oldu

“Asəf Zeynallı. Seçilmiş əsərlər” kitabının təqdimatı oldu

13:20 19 dekabr 2025
Mahirə Hüseynovanın 65 illiyi münasibətilə elektron məlumat bazası hazırlandı

Mahirə Hüseynovanın 65 illiyi münasibətilə elektron məlumat bazası hazırlandı

12:50 19 dekabr 2025
Bibiheybət məscidinin fonunda tapdanan mənəviyyat – Daha bir sərt cavab

Bibiheybət məscidinin fonunda tapdanan mənəviyyat – Daha bir sərt cavab

12:21 19 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər