Nəzəri sevgi və praktik seks

Nəzəri sevgi və praktik seks
16 yanvar 2014
# 12:22

Qəliz başlıqların alt yazısı sadə olmalıdır.

Sevgi haqqında danışmaq istəyirəm əziz oxucu. Əslində praktik mövcud olmayan bir hiss haqqında yəni. Çoxdandır bu mövzuda baş sındırsam da, sonunun nəticəsiz olacağı qabaqcadan bəlli idi. Bizə hər zaman nəzəriyyələri öyrətdilər. Məktəbdə fizika dərsləri, universitetdə gərəksiz mühazirələr, magistraturada uzun-uzadı fəlsəfi nəzəriyyələr. Yəni ki, əslində bütün bunların hamısı praktikadan çox uzaq və həm də guya reallığı izah edirmiş kimi görünsə də, gerçəkliyə yaxın düşə bilməyən utopiyalardır.

“Sevgi nədir?” sualına ayrı-ayrı vaxtlarda bizim hamımız, eləcə də bizdən əvvəlkilər – dahilər yaxud da sıradan biriləri dəyişik cavablar vermişlər. “Yoxdur” deyənlər də olub, “vardır” söyləyənlər də çıxıb ortalığa. Dolğun baxışlarda yarana biləcək bu hissin tərifini isə yəqin ki, heç zaman və heç kimsə verə bilməyəcək.

Cəmiyyətimizdə sevgidən danışmaq yaxud yazmaq nə qədər qəbul edilən və xoş qarşılanandırsa, seks mövzusunda söhbətlər bir o qədər xor baxılan, pisə yozulan və bəyənilməzdir. Bizim insanımız romantik fikirlər dünyasına yalnız həzin musiqi sədalarının, yaxud da öz normasına uyğun tuluğuna tökdüyü içkinin təsirindən sonra ayaq basa bilir. Daxilindəki heyvani hissləri maskalayan insanlar içindəki tabunu yıxa bilməyəcək qədər aciz, mənəviyyatca çəlimsiz, əqidəcə anormal yaradılmışdır. Hə, məhz öz kimliyindəki məhrumiyyət çərçivələrini aşa bilmir bu insanlar. Təskinlik, təsəlli nədir? Əlbəttə, sevgi! Var? Yoxdur! Bəs niyə özünü və qəlbini mələk hesab edən insanlar ağzı köpüklənənə qədər şövqlə sevgidən danışırlar? Çarəsizlikdən! Onlar real rollarını cəmiyyətdə, toplum arasında olanda deyil, yataqda oynayırlar. İnsanı tanımaq üçün onunla bircə dəfə eyni yatağı adam balası kimi paylaşmaq kifayətdir. Əlbəttə, “adam tanımağın” başqa xeyli üsulları da vardır. Amma heç biri zaman və həyat acısından praktik və məzmunlu deyil. Niyəsini soruşa bilərsiniz. Sualınızı qabaqlayıb cavab verməyə çalışacağam...

On bir il eyni sinifdə, hələ bir üstəlik 4 il də universitetdə səninlə eyni qrupda oxuyan qızla dostluq edirsənsə və bir gün onu sənin üçün dəhşət yarada biləcək situasiyada tutursansa, bunun adı nədir? Xəyanət? Yox! O qız sənin sevgilin deyildi ki! Sevgi? Yox! O qız ümumiyyətlə sevilən bir iş tutub ki?! Bəs nədir bu qızcığazın gözlənilməz hərəkətinin adı? Əslində o, çox iş tuta bilərdi səndən xəbərsiz. Məsələn, belə...

Sən həmin gün dilxor və əsəbisən. Gözlərin doyana qədər içib gecəni barlarda keçirməkdə qərarlısan. İçirsən, içirsən... Budur, ayağını sürütləyə-sürütləyə keçdiyin bardurun sağ tərəfindəki gecə klubundan gələn ehtiras dolu ritmik mahnı sədaları səni özünə maqnit kimi çəkir.

Özünü nə vaxt içəri atdığını indi ümumiyyətlə xatırlamırsan. İçəridə adam əlindən yer yoxdur. Daha doğrusu bambalaca adamcıqlar. İndicə sənin üçün gətirilmiş pivələri ayaq üstündə qurtuldatmalı olursan. Bir, iki, üç...

Ətrafda sənin kimi ayaq üstündə dayanan gənclər çoxdur. Amma onlar sənin kimi fikirli deyil, öz keflərindədirlər. Səndən fərqli olaraq hamısı eyni yerə baxır. Və nəhayət ki, sən də onlara qoşulursan. İndi artıq sən də onlarla eyni istiqamətə – gecə klubunun səhnəyə bənzər kiçik arenasına baxırsan. Gözlərinə inanmırsan? Hə, o, çox fərqli görünür. Daha doğrusu dəhşətli və əcaib. Hə, bir də, çox fərqli hərəkətlər edir. Sözün düzü həmin dəqiqələrdə sən özün də onun etdiyi hərəkətlərdən ağlını itirməyə başlayırsan. İçki əla təsir edib? Lənət şeytana, “mənə daha bir pivə gətirin!”, – qışqırırsan. “Buz kimi olsun!”, – deyə bağıraraq əlavə edirsən.

İndi ətrafdakılar çəpik çalıb fitə basmaqdan yorulublar. Səninsə sanki nəfəsin dayanıb. Gözlərini qırpmadan səhnəyə daha doğrusu səhnədəki dirəyə kərkinən həmin qızcığaza baxırsan. O qızdır? O qızdır, hə! Arxadan yanlarının arasına kiplənmiş cins şort o dönüb hərəkət etdikcə daha da seksual görünür. Əgər yarıqaranlıq səhnədə yanlış görmürsənsə, cins şortun ön tərəfdəki üç düyməsindən ikisi açıqdır. Altdakı, yox altından heç nə geyinməyib. Büstqalter indi diqqətini çəkir. Yox, əslində bayaq da qara təpəcik kölgəsi kimi bu bədən örtüyü gözlərini oxşamışdı, ruhuna rahatlıq gətirmişdi. Amma indi o yerində deyildi, yerdə idi!

O qızın döşünün gilələri gözlərini deşirdi sanki. Sanki yox, elə deşirdi! Tanıyıbsan 15 illik “dostunu”? Yox! Nə etmək lazım idi tanımaq üçün? Yatmaq! Məhz onunla yatmaq! Bu gecə! Lənət şeytana, bu gün sənin kefin çox yaxşıdır. Gözəl bir praktik gecə ana südü kimi sənin haqqındır. Buna heç nə mane ola bilməz. Sən bu günün təcrübəsinin praktik nəticəsini almalısan. Onu çağırırsan. Özündə deyil. O da sənin kimi uçur. Yaxınlaşıb qoluna girirsən. Bayıra, tələsik maşına, düşünmədən öz yatağına aparırsan onu. Və həmin gün 15 illik nəzəri sevgi mühazirələrini bir gecəlik praktik sekslə yerlə-yeksan edirsən!

P.S. İnsanı yolda tanımırlar əziz oxucum, inanma, səni kandırmışlar!..

# 5248 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #