"Traviata" operası nümayiş etdirildi

"Traviata"  operası nümayiş etdirildi
21 iyun 2025
# 18:53

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdim etdiyi "Opera günləri" layihəsi çərçivəsində Opera Studiyasında Cüzeppe Verdinin "Traviata" operası nümayiş etdirilib.

Kulis.az xəbər verir ki, tamaşada əsas partiyalarda Əməkdar artist İnarə Babayeva (Violetta), solist Atəş Qarayev (Alfred), Xalq artisti Əvəz Abdulla (Jorj Jermon), həmçinin Xalq artisti Əkrəm Poladov, Əməkdar artist Tural Ağasıyev, solistlər Mahir Tağızadə, Nina Makarova, Günel Hacıyeva, İqor Yadrov çıxış ediblər.

Tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, baletmeysteri Əməkdar incəsənət xadimi Yulana Əlikişizadədir.

# 73 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #