Rusiyanın Xalq artisti Bakıda monotamaşa verəcək

Rusiyanın Xalq artisti Bakıda monotamaşa verəcək
11 iyul 2023
# 15:40

Emmanuil Vitorqan Bakıda “Həyat davam edir” adlı monotamaşa təqdim edəcək.

Kulis.az xəbər verir ki, rusiyalı məşhur aktyor noyabrın 5-də Heydər Əliyev Sarayında çıxış edəcək.

Vitorqanın tamaşaçılar önündə oynayacağı bu tamaşa onun mərhum həyat yoldaşı – 60 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişmiş Rusiyanın Xalq artisti Alla Balterə həsr olunub.

Rusiyanın teatr və kino aktyoru Emmanuil Vitorqan ekran əsərlərində parlaq obrazlar yaradıb. O bu gün də səhnədə və kinoda yeni koloritli, dərin məzmunlu yaradıcılığı ilə fərqlənən aktyorlardan biridir.

# 2965 dəfə oxunub

Müəllifin son yazıları

# # #