Qax Dövlət Kukla Teatrının direktoru işdən çıxarıldı - Səbəb

Azərbaycan Dövlət Mədəniyyət Nazirliyi

Azərbaycan Dövlət Mədəniyyət Nazirliyi

19 oktyabr 2021
# 18:47

Qax Dövlət Kukla Teatrının direktoru Nazim Mahmudov işdən çıxarılıb.

Mədəniyyət nazirliyindən Kulis-ə verilən məlumata görə, bu barədə mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

"Öz vəzifə səlahiyyətlərindən, qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə əməli törətməsi, hüquq pozuntuları nəticəsində mərkəzi icra hakimiyyəti orqanının nüfuzuna xələl gətirən əməllərə yol verməsi səbəbindən Qax Dövlət Kukla Teatrının direktoru Nazim Davud oğlu Mahmudovun əmək müqaviləsinə Əmək Məcəlləsinin müvafiq bəndlərinə əsasən xitam verilib”, - nazrilikdən bildirilib.

Qeyd edək ki, Nazim Mahmudov 1998-ci ildən Qax Dövlət Kukla teatrının direktoru vəzifəsində çalışıb.

# 6857 dəfə oxunub

Müəllifin son yazıları

# # #