Mayın 18-də Azərbaycan Dövlət Kukla Teatrında “Oyaq gözəl” tamaşası növbəti dəfə nümayiş olunacaq.
Kulis.az xəbər verir ki, birhissəli uşaq tamaşasının rejissoru Anar Məmmədov, bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarov, rəssamı Əfşan Əsədovadır.
Qeyd edək ki, tamaşa Vladimir İlyuxovun ikihissəli “Oyaq gözəl” pyesi əsasında hazırlanıb.
“Oyaq gözəl” tamaşası yenidən səhnədə
