#

“Nəsildən-nəslə teatr” layihəsi uğurla davam etdirilir

“Nəsildən-nəslə teatr”  layihəsi uğurla davam etdirilir
30 sentyabr 2024
# 12:15

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Nəsildən-nəslə teatr” layihəsi davam edir. Layihə çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kiçik səhnəsində keçirilən tematik seminarın növbəti paneli “Aktyorluq: təbiət və paradoks” olub.

Kulis.az xəbər verir ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

MEMİM-in direktor vəzifəsini icra edən, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov layihənin önəmi barədə fikirlərini tamaşaçılarla bölüşüb.

Teatrşünas Dağlar Yusifin moderatoru olduğu panelin qonağı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti Nurəddin Mehdixanlı aktyor sənətinin təbiət-mədəniyyət əksliyinə dayanan paradoksal mahiyyəti, nəzəri-praktiki əsasları, aktyorun yaradıcılıq psixologiyası, ənənə, müasirlik, yeni yaradıcı tendensiyalardan söhbət açıb. O, gənclərlə bağlı nitqində vurğulayıb ki, nə qədər istedadlı, fədakar gənclər varsa teatr əbədi olaraq yaşayacaq. Nurəddin Mehdixanlının sözlərinə görə, teatr insanları kamilləşməyə aparan yoldur.

Qeyd edək ki, seminarın keçirilməsində məqsəd nəsillər arasında fikir və təcrübə platforması yaratmaqla Azərbaycanda teatr prosesinin inkişafına töhfə vermək, teatra müasir beynəlxalq tendensiyaların tətbiqi, bu sahəyə marağın artırılması, gənclərin cəlb edilməsi və aktiv yaradıcı mühitin formalaşdırılmasıdır.

“Nəsildən-nəslə teatr” seminarları çərçivəsində teatr sənətçiləri ilə interaktiv görüşlərin davamlı təşkili nəzərdə tutulur.

# 112 dəfə oxunub

Müəllifin son yazıları

# # #