Lənkəran Dövlət Dram Teatrında Kamal Abdullanın eyniadlı pyesi əsasında hazırlanan "Casus" tamaşası Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində nümayiş etdiriləcək.
Kulis.az xəbər verir ki, Lənkəran Dövlət Dram Teatrı Bakıya qastrol səfəri çərçivəsində Xalq yazıçısı Kamal Abdullanın pyesi əsasında hazırlanan "Casus" tamaşasını Bakı teatrsevərlərinə təqdim edəcək.
Oktyabrın 30-da Akademik Milli Dram Teatrının səhnəsində nümayiş etdiriləcək tamaşanın müəllifi Kamal Abdulla, rejissoru Anar Babalı, bəstəkarı Azər Hacıəsgərlidir.
Rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, aktyorlar Miraslan Ağayev, Qızılgül Quliyeva, Allahverən Babayev, Əbülfəz Axundov, Buludxan Buludov, Aynur Əhmədova və Səyad Əliyev ifa edir.