Heydər Əliyev Sarayında “Qu gölü"

Heydər Əliyev Sarayında “Qu gölü"
24 dekabr 2025
# 17:03

Akademik Opera və Balet Teatrının təqdimatında Heydər Əliyev Sarayında dünya balet sənətinin ən məşhur incilərindən biri olan Pyotr Çaykovskinin əsrarəngiz "Qu gölü" baleti Fransanın "Nitsa" Opera teatrının və Belarus Respublikasının “Böyük teatrı”nın aparıcı solistləri tərəfindən ifa olundu.

Kulis.az xəbər verir ki, klassik balet janrında olan tamaşa 3 pərdədən və 4 şəkildən ibarət idi.

Tamaşada Odetta - Odiliya obrazını Fransanın "Nitsa" teatrının aparıcı solisti, Belarusun Əməkdar artisti Yekaterina Oleynik, Ziqfrid obrazını Belarusun "Böyük teatr"ının aparıcı solisti Konstantin Beloxvostik, Rotbart obrazını Ağamir Mirzəyev, Təlxək obrazını Mir Aydın Abdullayev, Pa-de-trua - Ayan Eyvazova, Liana Praqa, Timur Oduşev, balaca qu quşları Yuliya Ferştandt, Leyla Narimanidze, Səbinə Hacıdadaş, Dinara Məmmədova, böyük qu quşları - Əməkdar artist Elmira Süleymanova, Liana Praqa, Səbinə Məmmədova, hökmlü şahzadə qadın obrazını - Larisa Semyonova, hami obrazını isə İqor Kuznetsov ifa edirdilər.

Səhnə əsərinin quruluşçu baletmeysterləri Marius Petipa, Lev İvanov, redaksiyası isə Aleksandr Qorskiy və SSRİ Xalq artisti Qəmər Almaszadəyə aiddir.

Tamaşanın repititorları - Xalq artisti Mədinə Əliyeva, Xalq artisti Gülağası Mirzəyev, Əməkdar artist Yuriy Lobaçevdir. Dirijor Xalq artisti Cavanşir Cəfərov, tamaşanı idarə edən isə Əməkdar artist Yuriy Lobaçev idi. Konsertmeyster Züleyxa Usubova, tamaşanın rəssamı isə Əməkdar rəssam Ənvər Almaszadədir.

# 58 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər