“Düyməcik” yenidən səhnədə

“Düyməcik” yenidən səhnədə
23 yanvar 2025
# 13:00

Yanvarın 25-də Azərbaycan Dövlət Kukla Teatrında məşhur nağılçı Hans Xristian Andersenin “Düyməcik” nağılı əsasında qurulan tamaşa yenidən nümayiş olunacaq.

Teatrdan Kulis.az-a bildirilib ki, açıq kukla idarəetmə texnikasından istifadə edilməklə hazırlanan musiqili nağıl-tamaşada fərqli plan və forma seçilərək animasiya ilə klassik kukla estetikası vəhdətdə verilib.

Maraqlı və baxımlı olduğu qədər də ibrətamiz nümunədə əsərdən irəli gələn əsas xətt - insanı bütün arzularına çatdırıb, möcüzələrə inandıran saf hiss və ümidlərini saxlamaqla dinamik yozuma nail olunub.

Çiçəkdən doğulmuş barmaq boyda gözəl bir qızcığazın nağılını “danışan” bu nümunə 1835-ci ildə Danimarkada çap olunub və elə o vaxtdan müəllifini tanıtmağa başlayıb. Müəllif təxəyyülünün məhsulu olan “Düyməcik” 1907-ci ildən teatr səhnələri və animasiya filmlərinin mövzularından biridir.

Ətraflı

# 169 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #